“The Jewish Journal”: “Mehriban Əliyeva Heydər Əliyev Fondunun Azərbaycan hüdudlarından kənarda fəaliyyətini genişləndirib”
Tarix: 11.01.2017 | Saat: 12:35:00 | E-mail | Çapa göndər
Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının canlı şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. Materialda Azərbaycanda və ABŞ-da birinci xanımların nümunəvi rolunun əhəmiyyətindən bəhs olunur.
Müəllif yazır ki, aparıcı vəzifələr tutan qadınlar Azərbaycan cəmiyyətinin güclü və mühüm tərkib hissəsidir. Azərbaycanda qadınlara seçki hüququ 1919-cu ildə, yəni ABŞ-da qadınların analoji hüquq əldə etməsindən bir il əvvəl verilib. Hazırda sağlam cəmiyyət geniş əhatəliliyi və milli birliyi dəstəkləyən liderlərin fəaliyyətinə arxalanır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu fəaliyyətdə xüsusi rol oynayır. Birinci xanım 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində çalışır. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti ölkənin iqtisadi, mədəni və sosial inkişafının təmin edilməsinə yönəlib. Fəaliyyətin əsas istiqamətlərindən biri uşaqların həyat şəraitini yaxşılaşdırmaqdır.
Son səkkiz ildə Birləşmiş Ştatların birinci xanımı olmuş, artıq bu vəzifəni tərk etməyə hazırlaşan Mişel Obama da analoji fəaliyyətlə məşğul olub. Mişel Obamanın proqramının hədəflərindən biri yaşından asılı olmayaraq bütün uşaqlar üçün bədən tərbiyəsi məşğələləri və səmərəli qidalanma imkanını təşviq etmək idi.
Heydər Əliyev Fondu ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə məktəblər, uşaq bağçaları, xəstəxanalar, klinika və muzeylər üçün binalar tikib və ya bərpa edib. Birinci xanım həm də qadınların və əlil uşaqların problemlərinin həllinə yönəlmiş proqramlar üzərində işləyib. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva Fondun Azərbaycan hüdudlarından kənarda, xüsusən təhsil sahəsində fəaliyyətini genişləndirib. Gürcüstan, Misir, Rumıniya, Rusiya, Hollandiya və Pakistanda məktəblər inşa edilib və bərpa olunub.
Müəllif yazır ki, Heydər Əliyev Fondu görmə qabiliyyəti zədələnmiş uşaqlar üçün Sarayevoda yerləşən, Balkanlarda müharibədən sonra dağıdılmış mərkəzi də bərpa edib. Azərbaycanda yəhudi məktəbinin tikilməsi, Vatikanda katakombaların, Azərbaycan, Bolqarıstan, Fransa, Rusiya və digər ölkələrdə çoxsaylı kilsələrin bərpası qədim dinlərarası tolerantlıq ənənələrinin nümunəsidir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Minlərlə insan Fəxri xiyabana axışıb
12.12.2017
UNEC-də doktorantura təhsilində yenilik
12.12.2017
Aqil Abbas: “Ulu Öndər xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi”
12.12.2017
MEK qədim xəritələrin təqdimatını keçirib
12.12.2017
İzmirdə “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7904

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info