Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür
Tarix: 11.01.2017 | Saat: 13:36:00 | E-mail | Çapa göndər
11 yanvar – Dünya Qoruqlar və Milli Parklar Günüdür.
Düz 100 il əvvəl - 1917-ci il yanvarın 11-də dünyada Rusiyada nadir heyvanların qorunması məqsədilə ilk Barquzin dövlət qoruğu yaradılıb. Bu əlamətdar gün Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən qeyd olunur.
Azərbaycan dövləti ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.
Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir. Digər tərəfdən mövcud qoruqların əraziləri də genişləndirilir. Ümumiyyətlə isə bu qoruqlar, sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Burda alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarırlar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.08.2017
Dişləri necə sağlam saxlayaq?
22.08.2017
Ağac yarpağı üzərində rəsm əsərləri
22.08.2017
Dinozavrların nəsil ağacının “keçid növü” tapılıb
22.08.2017
Yeni süni intellekt diaqnoz qoya biləcək
21.08.2017
Günəş tutulması zamanı canlıların miqrasiyası gözlənilir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info