Tanınmış şairin xatirəsi yad edilib
Tarix: 11.01.2017 | Saat: 13:37:00 | E-mail | Çapa göndər
R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) dəstəyi ilə tanınmış şair Ədalət Əsgəroğlunun anadan olmasının 60 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Ədalət Əsgəroğlunun həyat və yaradıcılığından, bir dost kimi insani xüsusiyyətlərindən söhbət açıb.
Bildirilib ki, Göyçayda dünyaya göz açan şair ilk ədəbi fəaliyyətinə “Kirpi” jurnalında başlayıb. Bir sıra qəzetlərdə çalışan Ədalət Əsgəroğlu 2003-cü ildən ömrünün sonunadək Azərbaycan Yazıçılar Birliyində mətbuat katibi kimi fəaliyyət göstərib. Şeir və poemaları bir çox xarici dillərə tərcümə edilib, əsərləri bir neçə beynəlxalq mükafata layiq görülüb. Onun “Yaz ilə gələn sevda”, “Göyçaydan başlayan ömür yolu”, “Mən sənə aşiqəm, dünya!”, “Özüm qürbətdə, gözüm Vətəndə”, “Sabahını itirməyən adamlar”, “Məmləkətim canım mənim...”, “Dərdimizin qan rəngi” və s. kitabları oxucuların rəğbətini qazanıb.
Filologiya elmlər doktorları Vaqif Yusifli, Buludxan Xəlilov, şairlər Əli Rza Xələfli, Oqtay Rza, Qəşəm Nəcəfzadə və başqaları Ə.Əsgəroğlunun yaradıcılığında vətənpərvərlik mövzusundan söhbət açıblar. Onun Xocalı faciəsinə həsr etdiyi “Dərdimizin qan rəngi” (4 dildə) poemasının məna tutumundan, əhəmiyyətindən danışıblar.
Bildirilib ki, bu poemada qan obrazı var. Qan obrazına ədəbiyyatımızda simvolik bir obraz kimi çox rast gəlinsə də, burada Qan milli dərdin obrazı kimi diqqəti cəlb edir. Qan burada Xocalıdan bütün dünyaya yayılan fəryadın, ahın, kədərin simvoludur. Qan burada tarixdir - bir məmləkətin təklənməsi, səsinin, fəryadının boğulması, öz içində qərq olmasıdır. Ümumiyyətlə şair elə bil şeirlərində öz həyatı ilə də bağlı demişdi hər şeyi – “Fələyin yazdığı yazılar”a təəssüflənmişdi. Öz həyatında gördüyü haqsızlığa üsyan etmişdi: “Mənə demişdilər getmə bu yolu” təəssüfünü yaşamışdı, “Haqqı tikə-tikə bölən”ə etiraz eləmişdi, “Sözün özünə qurduğu xana”da qalmaq istəmişdi. “Fələk qəmi qoşa-qoşa göndərir”- deyib, ədalətsizlikdən bezdiyini, yorğunluğunu ifadə eləmişdi. Çox əzabdan, əziyyətdən keçən bir şair ömrünün “Yenə düyün-düyün qarışıq” halından yazmışdı. Yaradıcılığında son zamanlar irfan ədəbiyyatına müraciət edərək “Yetiş dadıma gəl, Xudam”- deyib, üsyan elədiyi də olmuşdu Ədalət Əsgəroğlunun. Gördüklərinə etiraz edəndə “Şahə qalxıb ağ yalanlar” söyləmişdi. “Sonaladı əcəl məni”, “Ölüm haqq işidi” deyib, hamını, əsasən də əzizlərini öz ölümünə hazırlamışdı, “Dərdə qəmə bələnməyin”, “Qərib quşlar ağlasın məni” yazmışdı.
Mərasimdə bədii qiraət ustaları şairin şeirlərindən ibarət kompozisiya təqdim ediblər.
Tədbirdə şairin ölümündən sonra, AYB-nin “aybKitab” layihəsi çərçivəsində nəşr olunan “Yaşamağın dadı” adlı kitabının təqdimatı keçirilib. Kitabda şairin ömrünün son dövrlərində yazdığı əsərləri toplanıb.
Sonda şairin vaxtilə Bakıda “Şairlər günü”də layiq görüldüyü, lakin ala bilmədiyi “Mikayıl Müşfiq” ədəbi mükafatı oğlu Elşad Məmmədova təqdim edilib.
Elşad Məmmədov atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Aşıqlar Birliyində çinli alimlə görüş
18.08.2017
Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə konsert təşkil olunacaq
18.08.2017
“Big Bubble əməliyyatı” uşaq filminin xüsusi mahnıları da yazıldı
18.08.2017
Xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
18.08.2017
Əməkdar rəssam Əşrəf Heybətovun sərgisi qadınlara həsr olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7148

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info