Prezident Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
Tarix: 11.01.2017 | Saat: 13:56:00 | E-mail | Çapa göndər
Yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.
Dövlətimizin başçısı yeni stansiyanın təməlini qoydu.
Belə stansiyaların istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Bu cür layihələrin icrası həm də respublikada dövlətimizin başçısının tapşırığı ilə alternativ və bərpaolunan enerjidən istifadənin geniş tətbiqi üçün hərtərəfli imkanlar açır.
Sonda xatirə şəkli çəkdirildi.




 
Bölməyə aid digər xəbərlər
23.11.2017
Bəzi küçələrin adları dəyişdirilib
22.11.2017
Azərbaycanın investisiya imkanları Buxarestdə müzakirə olunub
22.11.2017
Dünyada 71 milyon gənc işsizdir
22.11.2017
Taxtakörpü ərazisində yeni tut tingləri əkilib
22.11.2017
Çingiz Qənizadə: “Elektrik qatarlarının bərpası tıxacların azalmasına səbəb olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7757

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
3 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Latviyada məktəblərin yarısı bağlanır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info