Sumqayıta 150 müasir avtobus gətiriləcək
Tarix: 11.01.2017 | Saat: 14:17:00 | E-mail | Çapa göndər
Nazirlər Kabinetinin qərarı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “pilot layihə” çərçivəsində yaradılan “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti sərnişin daşınmasının inkişafı sahəsində tədbirlərin icrasını davam etdirir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Sumqayıtda bu sahədə aparılan nəqliyyat–logistik islahatlar nəticəsində yaranan idarəetmə sistemi ardıcıl və davamlı olaraq təkmilləşir, yollarda tıxac problemi aradan qaldırılır, sərnişin məmnunluğu yaradılır.
Yeni ildə şəhər ərazisində ictimai sərnişin nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən iritutumlu sərnişin avtobusları gətirilib və bu istiqamətdə işlər davam etdirilir. Artıq şəhərə 26 yeni avtobus gətirilib. İlkin mərhələdə gətirilən yeni avtobuslar 5 saylı marşrut xəttinə buraxılıb.
“Avro-5” və “Avro-6” standartlarına cavab verən müasir avtobuslar əvvəlkilərdən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Almaniya istehsalı olan, Türkiyədə yığılan “AKİA” markalı avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə, avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.
Qeyd edək ki, Sumqayıt şəhərində, ümumilikdə, 33 marşrut xətti mövcuddur. Yaxın gələcəkdə bu xətlər üzrə 150 yeni avtobusun gətirilməsi planlaşdırılır.
Bundan başqa, müvafiq ərazilərdə müasir tipli dayancaqların yerləşdirilməsi də görüləcək işlər siyahısındadır. Artıq bu məqsədlə şəhərin müxtəlif yerlərində 25 dayanacaq quraşdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
“Müstəqillik bizim üçün ən böyük sərvətdir”
26.05.2017
“Nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm”
26.05.2017
Kulinarlarımız vətənə medallarla dönüblər
26.05.2017
Bir yaşınadək uşaqların 50 faizi ana südü ilə qidalanır
26.05.2017
İyunun 1-də uşaqlar Bulvarda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə edəcəklər

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6557

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info