Alimlər ananın öz körpəsini adətən sol tərəfdə tutmasının səbəbini başa düşüblər
Tarix: 11.01.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər
Tədqiqatlar göstərib ki, qadınların 70-85 faizi uşağı sol tərəfdə tutur. Lakin tədqiqatçılar bunun səbəbini indiyədək bilməyiblər. Sankt-Peterburq Dövlət Universitetinin mütəxəssisləri aşkar ediblər ki, bu, ana ilə uşaq arasında qarşılıqlı əlaqəyə müsbət təsir göstərir. Habelə heyvanların çoxu bu cür edir.
AZƏRTAC “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, alimlər 10 heyvan növü, o cümlədən morj və kenquru üzərində müşahidə aparıblar. Məlum olub ki, onların hamısı balasının sol tərəfdə olmasına üstünlük verir. Tədqiqatçıların fikrincə, bu cür vəziyyət körpənin davranışı və reaksiyası, məsələn, gülüşü və göz yaşı haqqında informasiyanın beynin emosiyanı idarə edən sağ yarımkürəsinə ötürülməsinə kömək edir. Bunun nəticəsində ana ilə uşaq arasında sıx əlaqə yaranır.
Beynin sağ yarımkürəsi bədənin sol tərəfindəki əzələlərə nəzarət edir və əksinə. Məlum olduğu kimi, yarımkürələr müxtəlif fəaliyyət növlərini idarə edir. Məsələn, sol yarımkürə, bir qayda olaraq, nitq, eşidilən informasiyanın emalı, sağ yarımkürə isə tanıma, məkanda istiqamət götürmə, musiqi duyumu və vizual informasiyanın işlənməsi ilə sıx əlaqədardır. Buna görə də uşağa qulluq edilməsi prosesində sağ yarımkürə daha vacib rol oynayır.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
17.03.2017
Əfv sərəncamının icrası başa çatıb
17.03.2017
170 yaşayış məntəqəsində içməli su sistemi yenidən qurulacaq
17.03.2017
MDB-də ümumi əmək bazarının formalaşdırılması konsepsiyası hazırlanır
17.03.2017
Prezidentin imzaladığı əfv sərəncamının icrası başa çatıb 
17.03.2017
2400-dən çox müəllimin 70 faizdən çoxu kənd məktəblərinə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5942

18.03 12:50 Şəkərbura
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info