“The Hill” Azərbaycan-İsrail münasibətləri və Azərbaycanda tolerantlıq ənənələrindən yazdı
Tarix: 11.01.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər
Amerikada çıxan “The Hill” nəşrində ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini Abraham Kuperin məqaləsi dərc edilib. Məqalədə İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya sonuncu səfəri, Azərbaycan-İsrail münasibətləri və Azərbaycanda tolerantlıq ənənələri mövzularına toxunulur.
Müəllif İsrailin baş nazirinin Azərbaycana səfərinin rəmzi mənasından söhbət açaraq yazır ki, Binyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü təkcə yəhudi və müsəlman liderlərinin bir-birinin əlini sıxması ilə əlamətdar deyil, bu səfər həm də iki xalqın dostluğunun və iki ölkə arasında 5 milyard dollar həcmində qarşılıqlı iqtisadi münasibətlərin təcəssümüdür. Ravvin yazır ki, keçən il sentyabr ayında Bakıda olub, orada UNESCO-nun dəstəyi ilə Simon Vizental Mərkəzinin “Xalq. Kitab. Torpaq. Yəhudi xalqının Müqəddəs Torpaqla əlaqəsinin 3500 illiyi” adlı sərgisinin təqdimatını keçirib.
Ravvin sonda qeyd edir ki, onilliklər boyu, hətta Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən əvvəl də multikulturalizmin geniş yayıldığı bu ölkəyə dəfələrlə səfər edib. A.Kuper yazır ki, sonuncu səfəri müddətində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlərin - Azərbaycanda çoxillik konfessiyalararası tolerantlıq və harmoniya ənənələrinin dəstəklənməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Bakı şəhəri və qəsəbələrdə təhsil müəssisələrinin tikintisinə vəsait ayrıldı
23.05.2018
“Bəs deyirdiniz müxalifətin pulu yoxdur?”
23.05.2018
Belarusiyadan idxal edilən kərə yağlarının keyfiyyətinə zəmanət verilir
23.05.2018
Şəhidin ailəsinə “Şücaətə görə” medalı təqdim olunub
23.05.2018
“Sumqayıtı tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9301

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info