Naftalanda turizm sahəsində ən yüksək göstərici ötən il qeydə alınıb
Tarix: 11.01.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər
Ötən il Naftalanın kurort-sanatoriya və turizm mərkəzləri 54 ölkədən turist qəbul edib. Həmin mərkəzlərdə bir ildə 25 min turist istirahət edib, yaxud müalicə alıb. Bu isə ölkəmiz müstəqillik əldə etdikdən indiyədək Naftalanda qeydə alınan ən yüksək göstəricidir. Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, son illər şəhərdə turizmin sağlamlıq, istirahət-əyləncə sahələrinin inkişafı istiqamətində görülən işlər, istifadəyə verilən beş ulduzlu otellər, təklif olunan xidmətlər, hər kəs üçün münasib qiymətlər, eləcə də şəhərin turizm imkanlarının ardıcıl təbliği yerli və xarici turistlərin sayına müsbət təsir göstərib.
Şəhərə gələn turistlərdən 5 min 200 nəfəri xaricilər olub. Əcnəbilərdən Rusiya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və İsraildən olan turistlər çoxluq təşkil edib. Həmçinin ötən il ilk dəfə olaraq Cənubi Amerika, Avstraliya, Afrika və Uzaq Şərq ölkələrindən də turistlər qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.02.2017
Pedaqoji fikrimizə layiqli töhfə
23.02.2017
Naxçıvan Universitetində elmi-praktik konfrans keçirilib
23.02.2017
Bərdənin elektrik təsərrüfatı yenidən qurulur
22.02.2017
Göyçayda və Gəncədə gənclər maarifləndirilib
22.02.2017
Neftçalada 64 mindən çox sakin pulsuz müayinədən keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5548

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info