Obama Çikaqoda vida nitqi söyləyib
Tarix: 11.01.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər
ABŞ Prezidenti Barak Obama Çikaqodakı “Makkormik-pleys” mərkəzində vida nitqi ilə çıxış edib. Prezident Amerika xalqına müraciətlə qeyd edib ki, son səkkiz ildə ABŞ bir sıra göstəricilər üzrə irəliləyişə nail olub: iş yerlərinin sayı artıb, avtomobil sənayesi bərpa olunub, Amerika 2008-ci il iqtisadi böhranından çıxıb, əvvəllər tibbi sığortası olmayan 20 milyondan çox Amerika sakini üçün tibbi sığorta təmin edilib, seksual azlıqların nikah bağlaması üçün onlara azadlıq verilib, Kuba ilə diplomatik münasibətlər bərpa olunub, “bircə dəfə də atəş açılmadan” İranın nüvə proqramı dayandırılıb, ABŞ-ın düşməni – 2001-ci ildə terror hücumlarının əsas təşəbbüskarı olmuş Usama bin Laden məhv edilib. Obama Amerika cəmiyyətinin problemləri barədə söhbət açaraq qeyd edib ki, ABŞ-da demokratiya üçün əsas təhlükə mənbələrindən biri irqçilik və iqtisadi qeyri-bərabərlikdir. O, terrorizmin dünya nizamı və Birləşmiş Ştatlar üçün təhdid olmasını da xatırladıb. ABŞ-ın 44-cü Prezidenti Amerika xalqına müraciət edərək ölkənin siyasi həyatında daha fəal olmağa, öz seçki hüququndan və siyasətdə iştirak etmək azadlığından istifadə etməyə çağırıb. 20 minə yaxın insanın toplaşdığı tədbirdə birinci xanım Mişel Obama və Prezidentin böyük qızı Malia Obama, həmçinin vitse-prezident Co Bayden və onun xanımı Cill Bayden də iştirak edib




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
Balkanlarda yeni cəbhə açılır
23.05.2017
Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 50-yə çatıb
23.05.2017
Yaponiyada insanlar istidən əziyyət çəkir
23.05.2017
Böyük Britaniya səfirliyi Azərbaycanı təbrik edib
23.05.2017
“İŞİD “ Mançesterdə terrora görə məsuliyyəti üzərinə götürüb

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6516

1 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
2 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
3 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info