“Futbol təkcə Avropada oynanılmır”
Tarix: 11.01.2017 | Saat: 20:09:00 | E-mail | Çapa göndər
FİFA prezidenti: “Onların narazılığı oyun sayına görədir. Amma oyun sayında heç bir dəyişiklik olmayacaq”
“Dünya Çempionatında iştirakçı komandaların sayı ilə bağlı qərar yalnız idman prinsiplərinə görə verilib”. Bunu FİFA-nın prezidenti Canni İnfantino deyib. Ali futbol qurumunun dünən verdiyi qərara əsasən, 2026-cı ildən etibarən Dünya Çempionatında komandaların sayı 48 olacaq. Bununla bağlı danışan İnfantino təşəbbüskarı olduğu yeni formatın xeyir verəcəyini düşünür: “Yeni formatla birlikdə turnir daha rəngarəng və maraqlı olacaq. 2014-cü ildəki Dünya Çempionatında Kosta-Rikanın çıxışı yəqin ki, hələ də yaddaşlardadır. Onlar həm İngiltərə, həm də İtaliyanı turnirdən kənarlaşdırmışdılar. Yeni sistemdə bu cür sürpriz uğurlara şahidlik etmək şansımız artacaq. Turnirə marağı artıran ən önəmli məqamlardan biri də budur”. FİFA-nın komandaların sayını 32-dən 48-ə yüksəltməsi İspaniya, Almaniya kimi böyük futbol ölkələrində narazılıqla qarşılanıb. Çoxları bu addımın maddi qazanc üçün atıldığını iddia edir. Lakin FİFA rəhbəri tənqidçilərlə razılaşmır: “Tənqidlər əsasən Avropa ölkələrindən gəlir. Amma futbol təkcə bu qitədə oynanılmır. Getdikcə qloballaşan futbolun yeni şərtlərinə Avropa komandaları da uyğunlaşmalıdılar. Onların narazılığı oyun sayına görədir. Amma oyun sayında heç bir dəyişiklik olmayacaq. Turnir əvvəlki illərdə olduğu kimi, yenə 32 gün davam edəcək”.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
“Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır”
21.06.2017
Dövlət niyə jurnalistə ev verməlidir?
21.06.2017
“Möhtəkirlər nefti ucuzlaşdırır“
19.06.2017
“Müəllimlər millətin gələcəyini müəyyən edir”
19.06.2017
İrana qarşı təxribatlar cavabsız qalmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6771

1 “Ruhuma daha yaxını müəllimlikdir”
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Qurtuluş dastanından Əlincə zirvəsinə
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info