Fransa ilə humanitar sahədə əlaqələr yeni səviyyəyə çatıb
Tarix: 11.01.2017 | Saat: 20:22:00 | E-mail | Çapa göndər
Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalanıb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirib. Azərbaycanın birinci xanımı dedi ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd edib, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını deyib. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən birinci xanım Mehriban Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirdi. Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğuladı. Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söylədi. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirib. Mehriban Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışıb, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib. Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söyləyib. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək
17.11.2017
Prezident Özbəkistan Baş nazirinin müavinini qəbul edib
16.11.2017
Müdriklik zirvəsi - 70 yaş
16.11.2017
Abşeron Olimpiya İdman Kompleksinin açılışı olub
16.11.2017
Azərbaycan Cənubi Qafqaz ölkələri arasında İKT-nin inkişafı üzrə liderdir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info