SOCAR-da işlə təmin olunan vətəndaşlarla görüş keçirilib
Tarix: 11.01.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
SOCAR-da elan olunan vakansiyalar üzrə müsabiqə mərhələlərindən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş ənənə halına çevrilib.
Dünən baş ofisin İnsan Resursları Departamentində 2017-ci ilin ilk təyinatları - "Azneft" İstehsalat birliyi, Neft Kəmərləri İdarəsi, Təhlükəsizlik İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən elan olunan vakansiyalara müraciət edən və müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, elan olunmuş “Arxiv müdiri”, “Mühəndis (neftin nəqli üzrə)”, “Hüquq məsləhətçisi”, “Mühasib” (Salyan rayonu), “Usta” (Təmir-bərpa xidməti, Ağsu rayonu), “Qarovul rəisi”, “Boru kəmərləri şöbəsinin mühəndisi” və “Sənaye müəssisələrinin layihələndirilməsi şöbəsinin mühəndisi” vakansiyaları üzrə işə qəbul müsabiqəsindən uğurla keçmiş namizədlərə, o cümlədən, “Usta” (Təmir-bərpa xidməti, Kürdəmir rayonu), “Neft və qazçıxarma üzrə usta”, “Qarovul rəisi” vakansiyaları üzrə əvvəlki müsabiqələrdə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilmiş növbəti 3 nəfərə iş təklif olunub.
Görüşdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli işə yeni qəbul olunanları təbrik edərək bildirib ki, Prezidentin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlu siyasətin tərkib hissələrindən biri də işə qəbul prosesinin ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada, müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun aparılmasını təmin etməkdir. SOCAR-da tələb olunan bilik və bacarığa malik kadrların işə qəbulu prosesinin şəffaf həyata keçirilməsi istiqamətində lazımi şərait yaradılır. Tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlar test, peşə sınaq imtahanı və müsahibə prosesinin şəffaf keçirildiyini, neqativ halların baş vermədiyini bildirərək, yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə edib, göstərilmiş etimadı doğruldacaqlarını deyiblər.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək
23.06.2017
Baş Klinik Hospital: Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq
22.06.2017
Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb
22.06.2017
Səhiyyə naziri tapşırıqlar verdi
22.06.2017
Azərbaycan dörd ölkəyə yardım edib

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6771

1 “Ruhuma daha yaxını müəllimlikdir”
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Qurtuluş dastanından Əlincə zirvəsinə
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info