Hindistan-Pakistan rəqabəti su altına keçir
Tarix: 11.01.2017 | Saat: 20:43:00 | E-mail | Çapa göndər
Pakistanın nüvə döyüş başlığı daşıya bilən sualtı raket sınağı Hindistanla silahlanma yarışını yeni mərhələyə çıxarıb

Pakistan, tarixində ilk dəfə olaraq nüvə döyüş başlığı daşıya bilən sualtı raketlər istehsalına başlayıb. Pakistanın artıq sınaqdan keçirdiyi bu raket sistemi Asiyada silahlanma yarışını sürətləndirəcək. Ötən ilin sonlarında Kəşmirdə baş verən silahlı toqquşmalar bu silahlanmanın hansı fəsadlara yol aça biləcəyini təsəvvür etməyə imkan verir. Pakistanla Hindistan arasında rəqabətin mürəkkəbləşməsi, Çin və Rusiyanın da bu münaqişəyə cəlb edilməsinə yol açır.
Belə ki, Çin bu yaxınlarda Pakistana səkkiz sualtı qayıq satacaq. Rusiya isə yaxın on il ərzində Hindistan üçün sualtı qayıqlar hazırlamalıdır. Bununla yanaşı, hindistanlı dənizçilər Rusiyadan icarəyə götürülmüş sualtı nüvə mühərrikləri üzərində təcrübə keçirlər. Hətta Uzaq Şərqdə hindlilər üçün belə bir sualtı gəminin hazırlanması da nəzərdə tutulur. Xatırladaq ki, Pakistan tərəfindən hazırlanan“Babur-3” raketləri 450 km məsafəni qət etmək iqtidarındadır. İslamabadlı mütəxəssislər bu raketlərin cavab zərbəsi vurmağa qadir olduğunu iddia edirlər. Ekspertlər Pakistanın dənizdə həyata keçirdiyi nüvə proqramının Hindistan üçün böyük təhlükə mənbəyi ola biləcəyini bəyan edirlər. Qeyd edək ki, raketlər sınaqdan keçirilənədək su altında saxlanılıb ki, bu da Pakistanın təcrübəsində ilkdir. “Hindistan dənizdəki nüvə silah arsenalını, daha çox Çin ilə ayaqlaşmaq üçün inkişaf etdirməyə çalışır. Amma Pakistan, sadəcə olaraq, Hindistanı izləməyə çalışır. Əgər Pakistan sualtı nüvə üzrə fəaliyyətini bu ardıcıllıqla davam etdirsə, o halda özünü Hindistanın hücumundan sığorta etmiş olar”- deyə londonlu diplomat Uolter Lgdviq bildirir. Çin dövlətinə səkkiz sualtı qayığın hazırlanmasını sifariş verdiyini xatırladan “Financial Times” nəşri Pakistanın son illər öz müdafiə xərclərini artırdığı barədə məlumat yayıb. Qeyd edilməlidir ki, maddi baxımdan bu, müdafiə sahəsində ən iri müqavilə kimi dəyərləndirilir. Onu da qeyd edək ki, Pakistanın ilk raket sınağından bir müddət sonra Hindistan da radius fəaliyyəti 5 min km. kimi dəyərləndirilən “Agni-5” raketlərini sınaqdan keçirib. Dənizdə ilk raket sınaqlarını 2013-cü ildə həyata keçirən Hindistan bu sahədə qonşu ölkəni-Pakistanı üstələməyə çalışır. Təbii ki, bu sahədə Hindistanın Rusiya ilə əməkdaşlığı böyük önəm kəsb edir. Rusiyanın istefada olan polkovniki Viktor Litovkin TASS informasiya agentliyinə verdiyi açıqlamada bunu etiraf edib. Hindistanlı generallar mümkün potensial düşmən kimi Pakistanın müttəfiqi kimi çıxış edən Çini də görürlər. Çin uzun illərdir ki, Hind okeanına nəzarət uğrunda Dehli ilə rəqabət aparır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Birləşmiş Krallıq Avropa İttifaqının vahid bazarını tərk etməlidir”
17.01.2017
ABŞ-Avropa savaşı: Tramp alman avtomobil şirkətlərinə qarşı
17.01.2017
“Biz israillilərlə sıx əlaqədə işləyirik”   
17.01.2017
“The Korea Times” qəzetində 20 Yanvar faciəsinə dair məqalə dərc olunub
17.01.2017
“Önəmli olan “Reina” cinayətinin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info