Heybət stansiyasında 9-cu yeni yoldəyişən quraşdırılıb
Tarix: 12.01.2017 | Saat: 11:41:00 | E-mail | Çapa göndər
Heybət stansiyasında sayca 9-cu yeni yoldəyişən quraşdırılıb.“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.
Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. Hazırda sayca 9-cu yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır. Proses iki gün davam edəcək. İşləri həyata keçirən 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” (İDYM) MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirib ki, bu yoldəyişənin əvvəlkilərdən fərqi qurğunun cütləşdirilmiş şəkildə baş yolların arasında birləşdirici xarakter daşımasıdır.
Köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılıb və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli olmayıb. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq.
Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir.
Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üçün Rusiya Federasiyasından yeni quruluşlu platforma vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb. Bu texnika Azərbaycan dəmir yolunda ilk dəfə istismar olunur.
Qeyd edək ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
BMT: Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq
12.12.2017
Neft bahalaşıb
12.12.2017
FED-in iclası fonunda dollar ucuzlaşır
12.12.2017
Muzdla çalışanların orta aylıq əmək haqqı 6,4% artıb
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7904

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info