Alimlər insan ömrünü uzadan ölüm testi yaradıblar
Tarix: 12.01.2017 | Saat: 12:45:00 | E-mail | Çapa göndər
Amerikalı və isveçrəli alimlər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların ömrünü müəyyənləşdirməyə qadir olan ölüm testi işləyib hazırlayıblar.
AZƏRTAC runews24 saytına istinadən xəbər verir ki, ölüm testi qanda trimetilaminoksid (TMAO) molekullarının səviyyəsini təhlil edir. ТМАО molekulları insan orqanizmi və sağlamlığı üçün təhlükə törədir, müxtəlif ciddi xəstəliklərin inkişafına səbəb olur. Xüsusilə ət, süd məhsulları və yumurtadan istifadə nəticəsində molekullar damarlarda tromb riskini artırır və qan dövranının pozulmasına gətirib çıxarır. Alimlər yeddiillik tədqiqatlar nəticəsində aydınlaşdırıblar ki, molekulların qanda yüksək olması insanlarda çox vaxt infarkt və insultla nəticələnir.
Ekspertlər hesab edirlər ki, insanlar test vasitəsilə ölümlərinin səbəbini və tarixini müəyyənləşdirərək ömürlərini uzada bilərlər. Bu, onun hesabına baş verəcək ki, onlar öz sağlamlıqlarına daha çox diqqət ayırmalı olacaqlar. Belə ki, insanlar test müayinəsindən sonra qanda TMAO molekullarının səviyyəsini aşağı salacaq preparatlardan istifadə edəcəklər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Ayaqlar üçün vanna
23.06.2017
2 yaşlı “maqnit uşaq” hamını təəccübləndirir
23.06.2017
Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib
23.06.2017
Gözdə olan itdirsəyi necə müalicə edilir?
22.06.2017
Formula-1 pilotları Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobilləri ilə

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6788

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 Qurtuluş dastanından Əlincə zirvəsinə
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info