Cəlilabadlı sənətkar: “İstəyirəm ki, əl işlərim gələcəkdə övladlarıma yadigar qalsın”
Tarix: 12.01.2017 | Saat: 13:13:00 | E-mail | Çapa göndər
Cəlilabad şəhər sakini, ixtisasca ingilis dili müəllimi olan 68 yaşlı Yusif Əliyev maraqlı əl işləri ilə tanınır. O, uzun illərdir tərəvəz və meyvə toxumlarından müxtəlif əl işləri düzəldir.
AZƏRTAC xəbər verir ki, bitki toxumlarından ilk əl işini hələ 10-cu sinifdə oxuyarkən hazırlayıb.
Yusif müəllim əl işlərini düzəldərkən xammal kimi əsasən tərəvəz və meyvə toxumlarından istifadə edir. O, daha çox illüstrasiya, kompozisiya və portret janrlarında əsərlər yaradır. Həmçinin istifadəyə yararsız məişət əşyalarından da müxtəlif əl işləri hazırlayır. Məsələn, onun istifadə olunmuş birdəfəlik üzqırxanlardan düzəltdiyi əl işinə baxarkən təəccüblənməyə bilmirsən.
O, bu işə hobbi kimi yanaşsa da, əl işlərini satmır. “Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin portretlərini, eləcə də illüstrasiyaların bir çoxunu almaq istəyənlər olub, amma satmamışam. İstəyirəm ki, əl işlərim gələcəkdə övladlarıma yadigar qalsın”, - deyə Y.Əliyev bildirib.
Qeyd edək ki, Yusif müəllimin əl işlərindən ibarət əsərlər bir neçə dəfə Cəlilabad Dövlət Rəsm Qalereyasında da sərgilənib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.02.2017
Müasir İncəsənət Muzeyində növbəti sərgi - “Adsız”
23.02.2017
Bölgələrdə Amerika Guşələri açılacaq
23.02.2017
Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib
20.02.2017
İstiqlal Muzeyində sərgi keçiriləcək
17.02.2017
Görkəmli bəstəkar Fikrət Əmirov yad olunub

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5542

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 BANM-in tələbəsinin layihəsini yapon şirkəti aldı
24.02 11:38 Yaz süfrəsi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info