Dağlıq Qarabağ münaqişəsi MDB-nin iqtisadiyyatına mənfi təsir edir
Tarix: 12.01.2017 | Saat: 13:14:00 | E-mail | Çapa göndər
Neftin qiymətinin stabilləşməsi MDB üzvü olan 9 ölkəyə birbaşa  və dolayı iqtisadi və maliyyə təzyiqi azaldıb. Bu barədə "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
 
Buna baxmayaraq, agentliyin 2017-ci il üzrə region ölkələri ilə bağlı proqnozu neqativdir. Buna səbəb MDB ölkələrinin xarici valyutada ifadə olunan irihəcmli borclarının olmasıdır.
 
Ötən il "Moody`s" agentliyinin MDB regionunun 5 ölkəsinin reytinqi ilə bağlı proqnozu neqativ olub. Buna da səbəb neftin qiymətlərinin enməsidir. "Neftin ucuzlaşması həmin ölkələrin daxilolmalarına ciddi təsir edib. Bu isə həmin ölkələrin iqtisadiyyatına zəncirvari qaydada neqativ effekt göstərib. Nəticədə MDB ölkələri pul-kredit və vergi-büdcə siyasətini dəyişməli oldu. Buna baxmayaraq, cari il üzrə makroiqtisadi proqnoz aşağı səviyyədədir, kredit riskləri isə hələ də dominantlıq edir", - deyə agentliyin böyük vitse-prezidenti Kristin Lindou bildirib.
 
K. Lindou əlavə edib ki, orta hesabla region ölkələrinin ÜDM-i 2017-ci ildə 2%, 2018-ci ildə isə 3% artacaq. "Cari ildə neftin bahalaşması neft ixracatı ilə məşğul olan region ölkələrinin daxilolmalarını artıracaq ki, bu da onlara bir sıra manevr imkanları verəcək", - deyə o bildirib.
 
Vitse-prezident qeyd edib ki, geosiyasi münaqişələr cari ildə də MDB ölkələrinin iqtisadiyyatına neqativ təsir edəcək. Buna misal olaraq K. Lindou Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların tətbiqini, o cümlədən Azərbaycanla Ermənistan arasında arabir vəziyyətin gərginləşməsini göstərir. "Bizim reytinqlərimizi alan MDB-nin 9 ölkəsindən yalnız Belarus və Qazaxıstan hərbi münaqişələrə cəlb olunmayıb", - deyə o bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
“Aviasiya sazişi“nə dair məsələ gələn ilin yanvar-fevral aylarında həll oluna bilər”
12.12.2017
“Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq“
12.12.2017
“Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir”
11.12.2017
Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər
11.12.2017
Xəyanəti peşəyə çevirənlər

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7904

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info