Türkiyəli iş adamı: “Azərbaycandakı mövcud işgüzar mühit sağlam və şəffaf olduğu üçün cəlbedicidir”
Tarix: 12.01.2017 | Saat: 13:26:00 | E-mail | Çapa göndər
Xarici sərmayədarların Azərbaycana cəlb edilməsi istiqamətindəki tədbirlər dünyanın bütün böyük şirkətlərinin baxışlarını ölkəmizə yönəldib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya üzrə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı neft və qaz şirkətləri Azərbaycana yön aldıqları kimi, indi də qeyri-neft sektorunu təmsil edən şirkətlərin ölkəmizə axını başlanıb. Əlbəttə ki, bu məsələdə də qardaş Türkiyə təmsilçiləri birinci yerdədir. Azərbaycan-Türkiyə münasibətlərindəki hərtərəfli inkişaf iqtisadiyyat sahəsində də özünü göstərməkdədir. Mövzu ilə bağlı Türkiyənin aparıcı şirkətlərindən olan “TÜRKCELL”in İstanbuldakı təmsilçiliyinin rəhbəri Əli Şayir AZƏRTAC-ın suallarını cavablandırıb:
- Azərbaycanın iqtisadi mühiti Türkiyədən necə görünür?
-İqtisadiyyatın inkişafı üçün sağlam rəqabət mühitinin formalaşması başlıca amildir. Azərbaycandakı mövcud işgüzar mühit sağlam və şəffaf olduğu üçün cəlbedicidir. Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi mühüm qərarlar, qanunvericilik bazasının sürətlə təkmilləşdirilməsi və s. tədbirlər Türkiyədə diqqətlə izlənilir. Proseslər göstərir ki, Azərbaycan ən yaxın zamanlarda xarici sərmayəyə görə lider ölkələrdən birinə çevriləcək. Ən son rəsmi məlumatlara görə, hazırda Azərbaycandan Türkiyəyə yatırılan investisiyanın məbləği 8 milyard dollar, Türkiyənin Azərbaycana yatırdığı investisiyanın həcmi isə 10 milyard dollar təşkil edir. 2020-ci ilədək Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 18 milyard dollara çatacaq. Təsəvvür edin ki, qardaş ölkə coğrafi baxımdan özündən təxminən 10 dəfə böyük olan bir dövlətlə iqtisadi tarazlıq saxlayır. Dağlıq Qarabağ probleminin Azərbaycanın hərtərəfli inkişafı üçün ciddi əngəl olmasına baxmayaraq, ölkə rəhbərliyi müasir dünyanın siyasi düzəninə uyğun olaraq inkişaf istiqamətlərini çox dəqiqliklə qura bilib.
-Dağlıq Qarabağ probleminə toxundunuz. Sizcə Azərbaycanın haqq işində beynəlxalq ədalətə nail olmaq üçün daha hansı işlər görülməlidir?
- Böyük güclərin Dağlıq Qarabağ probleminin həllinə biganə yanaşması əsl ikili standartlardır. Təəssüf ki, Dağlıq Qarabağ problemi Azərbaycana, terror kabusu isə Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib. Belə olan şəraitdə Azərbaycan və Türkiyə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərində daha çevik metodlar axtarılmalıdır. Təbii ki, bu prosesdə özəl sektorun da üzərinə böyük məsuliyyət düşür.
-Təmsil etdiyiniz şirkətin idarəetmə prinsipləri barədə nə deyə bilərsiniz?
-“TÜRKCELL” dünyada öz fəaliyyət dəst-xətti ilə seçilən bir şirkətdir. İnkişafımızın əsasını insan resursları təşkil edir. İstehsal sahəsindəki yeniliklərə, rəqabətədavamlı məhsulların bazara çıxarılmasına, o cümlədən sağlam biznes mühitinə nail olmaq üçün insan intellektinə güvənirik. Türkiyənin mobil telefon operator yükünün əsas ağırlığını “TÜRKCELL” daşıyır. Müştəriyə ucuz, sərfəli və keyfiyyətli fəaliyyət şirkətimizin devizidir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.02.2017
Bakı Atatürk Liseyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
24.02.2017
Cəfər Cəfərov: “Xocalıda baş vermiş dəhşətli faciə bəşər tarixində misli görünməmiş bir cinayət aktıdır”
24.02.2017
Səbaildə Xocalı faciəsi ilə bağlı sərgi təşkil olunub
24.02.2017
Rotterdam Erasmus Universitetində Azərbaycanla bağlı seminar keçirilib
24.02.2017
BANM-də Xocalı soyqırımı yad edildi

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5542

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 BANM-in tələbəsinin layihəsini yapon şirkəti aldı
24.02 11:38 Yaz süfrəsi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info