Vergi islahatları ölkədə işgüzar mühitin cəlbediciliyinin artırılmasına xidmət edəcək
Tarix: 12.01.2017 | Saat: 14:02:00 | E-mail | Çapa göndər
Vergi islahatları ölkədə işgüzar mühitin cəlbediciliyinin artırılmasına və sahibkarlığın inkişafına xidmət edəcək.
Bunu bu gün Vergi Məcəlləsinə edilmiş son dəyişiklilərə həsr olunmuş konfransda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.
Deloitte şirkətinin idarəedici partnyor Nuran Kərimov və Vergi və Hüquq departamentində direktor Emil Qarayev Vergi Məcəlləsinə son dəyişikliklərə dair təqdimatla çıxış ediblər. Konfransda neft-qaz, ticarət, ictimai iaşə, bank-sığorta, tikinti, nəqliyyat, rabitə və digər müxtəlif sahələri təmsil edən 100-dən artıq nümayəndə iştirak edib. Natiqlər edilmiş dəyişikliklər ilə qarşıya qoyulan məqsədlər, hökümətin bu dəyişiklilərin tətbiqi ilə bağlı gözləntiləri və təcrübi yanaşması ilə bağlı fikir mübadiləsi aparılıb.
Deloitte Azərbaycanın idarəedici partnyor N.Kərimov deyib: “Deloitte bizim regionda biznes icması ilə hökumət arasında effektiv əməkdaşlıq aparmaq üçün platforma yaratmaq məqsədini güdür. Əminəm ki, bu qəbildən olan tədbirlər Azərbaycanda vergi orqanları və vergi ödəyiciləri arasında açıq dialoqun inkişafına təkan verir.”
S.Musayeva isə bildirib ki, Vergilər Nazirliyi biznes mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir: "Vergi mühitinin liberallaşdırılması, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi həyata keçirilən vergi islahatlarının tərkib hissəsi olub və bundan sonra da ölkədə işgüzar mühitin cəlbediciliyinin artırılmasına və sahibkarlığın inkişafına xidmət edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
“Petkim“ mənfəətini ikiqat artırıb
19.02.2018
Azərbaycanda 281 mindən çox yeni iş yeri açılıb
19.02.2018
Bakı Metropoliteni Rusiya şirkətindən yeni qatarlar alır
18.02.2018
Kreditlərin 96,4 faizi banklar tərəfindən verilib
17.02.2018
Yanvar ayında əsas kapitala 459,8 milyon manat vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8434

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info