Ənvər Əblucun 70 illik yubileyi qeyd olunub
Tarix: 12.01.2017 | Saat: 14:58:00 | E-mail | Çapa göndər
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əməkdar artist Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.
 
Kinostudiyadan verilən məlumata görə, tədbirdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova və başqaları Ənvər Əblucun yaradıcılığı haqqında fikirlərini bölüşüb, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışıblar.
 
Qeyd olunub ki, Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq bir-birindən maraqlı filmə quruluş verib. Onun “Firəngiz”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Tərsinə çevrilmiş dünya” kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir neçə süjetinin, “Körpü” sənədli filmi kimi televiziya əsərlərinin də müəllifidir.
 
Ənvər Əblucun səsləndirdiyi “Tehran - 43”, “Şeytan göz qabağında”, “Sibiriada”, “Firəngiz” və bunun kimi bir sıra filmlərdə dublyaj aktyoru kimi Azərbaycan kino tarixində özünəməxsus yer tutub.




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Fidan Hacıyeva “Cümhuriyyət İli” çərçivəsində silsilə konsertlər verəcək
25.04.2018
Azərbaycanlı pianoçu ilk dəfə Amstredam Filarmoniyasında çıxış edib
24.04.2018
Məhərrəm Hüseynovun yaradıcılığında təcnislərə daha çox rast gəlirik
24.04.2018
İranda Azərbaycan dilində film çəkilişinə icazə veriləcək
24.04.2018
Qədim yaşayış məskənində tapılmış kömürün yaşı təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info