Yaponiyada Azərbaycanı ən çox sevən şəhər
Tarix: 12.01.2017 | Saat: 15:04:00 | E-mail | Çapa göndər
Yaponiya inkişaf etmiş bir ölkə olaraq hər zaman azərbaycanlıların diqqət mərkəzində olub. Azərbaycanda yapon işgüzarlığına, elminin inkişafına, əzmkarlığına, mədəniyyətinə, qədim tarixinə olan hörmət yüksək səviyyədədir. Yaponiya hökuməti Azərbaycanda bir çox vacib layihələr həyata keçirib, ucqar regionlarımızda məktəblər tikdirib və xalqımızın rəğbətini qazanıb. Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri ilə İsmayıllı arasında qardaşlaşma layihəsi də uğurla həyata keçirilib. Ötən il isə Naxçıvan şəhəri ilə Miyakojima arasında münasibətlər özünün inkişaf dövrünü keçib. Hal-hazırda onlarla həmyerlimiz bu ölkədə yaşayır, işləyir və təhsil alır. Bu gün Yaponiyada Azərbaycan diasporu da gözəçarpacaq dərəcədə uğurla fəaliyyət göstərir.
Bu günədək Yaponiyada uğurlu diaspor fəaliyyəti ilə məşğul olan bu ölkənin Hokkaydo Universitetinin doktorantı, hökumət təqaüdçüsü, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov Yaponiyanın yerli media orqanları, iş və elm adamları, ziyalıları ilə sıx əlaqədə olmaqla, Azərbaycan adının ən yüksək səviyyədə tanıdılmasına böyük töhfələr verməkdə davam edir. O, bu günədək ölkəmiz üçün çox əhəmiyyətli mövzulardan olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yerli televiziya kanallarına, bir neçə milyon tirajlıq yerli qəzetlərə müsahibələr verməklə Azərbaycanın haqq səsini Yaponiya ictimaiyyətinə çatdırmağa çalışmışdır.
Redaksiyamıza müsahibə verən Əlibəy Məmmədov qeyd etdi ki, fəaliyyəti ərzində ən çox çalışdığı məsələ Yaponiya və Azərbaycanın regionları arasında münasibətlərin yaradılması və inkişaf etdirilməsidir.
Bu məqsədlə araşdırmalar aparan həmyerlimiz Yaponiyada Azərbaycanı ən çox tanıyan və hörmət edən şəhəri kəşf etmişdir. Onun sözlərinə görə Azərbaycanda və azərbaycanlılar arasında bu şəhər, demək olar ki, tanınmasa da, buranın insanları Azərbaycana və onun tarixinə yaxşı bələddirlər.
Bu maraqlı məsələni dərindən araşdırmaq məqsədilə Ə. Məmmədov, Yaponiyanın Hokkaydo prefekturasının mərkəzi Sapporo şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yoshida Hiroshi ilə birlikdə cari il yanvar ayının 7-dən 9-dək bu sirli şəhərə 3 günlük səfər ediblər. Sözügedən şəhərin adı Toyotomidir.
Toyotomi şəhəri çox maraqlı və olduqca sirli bir şəhərdir. Hətta yaponiyalıların əksəriyyəti belə, buranı tanımır. Sözügedən şəhərə yaponların köçü təxminən 148 il öncədən Meiji erasından başlayıb. Burada 1926-cı ildə təbii qaz axtarışları zamanı qazıntılar həyata keçirilib. Nəticədə tərkibində neft elementlərinin olduğu isti bulaqlar (onsen) fontan vurmağa başlayıb. Elə həmin ildən regionda bir neçə hotel tikilib fəaliyyət göstərməyə başlayıb.
Bu region özünün neft bulaqları (vannaları) ilə məşhurdur. Yerli insanların dediyinə görə dünyada, sadəcə, iki dövlətdə neft vannaları var. Biri Azərbaycanın Naftalan şəhərində, digəri isə Yaponiyanın Toyotomi şəhərində. Məhz bu səbəbdən regionda Azərbaycan adı çox məşhurdur. Yerli icra orqanlarının nümayəndələri, ziyalılar hər zaman etdikləri çıxışlar zamanı hökmən Azərbaycandan misal gətirirlər. Hətta Naftalana səfər edənlər də az olmayıb. Səfər zamanı Toyotomi şəhərinin Toyotomi Onsen qəsəbəsində yerləşən və 90 illik qədim tarixə malik Kawashima Ryokanın rəhbəri Hashimoto Yasuhiro, Hashimoto Miho, Toyotomi Şəhər Turizm Assosiasiyasının məsul şəxsi Naohisa Kuriyama, Toyotomi Onsen Fureai mərkəzinin məsul şəxsi Shigeru Ozaki və digərləri ilə məsləhətləşmələr aparılıb.
Toyotomi şəhərinin ali nümayəndələri səviyyəsində Azərbaycanla yüksək səviyyəli əməkdaşlığa böyük marağın olduğu qeyd edilib. Bildirilib ki, ilk öncə Naftalanla Toyotomi arasında qardaşlaşma layihəsini həyata keçirmək böyük addım olardı. Eyni zamanda Yaponiyadan Azərbaycana səfər etməklə, bu sahədə daha qədim tarixə və dərin biliklərə malik azərbaycanlı mütəxəssislərlə fikir mübadilələri aparmağa ehtiyac vardır.
Sapporo Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yoshida Hiroshi Sapporo şəhər səviyyəsində lazım olacaq istənilən köməkliyi göstərməyə maraqlı olduqlarını vurğulayıb, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində bundan sonra da fəaliyyət göstərəcəklərini qeyd edib.
Sonda Əlibəy Məmmədov bildirib ki, belə bir sirli məkanın Azərbaycanda tanıdılması və qarşılıqlı səfərlərin planlaşdırılması və təşkil edilməsi, nəticə etibarilə hər iki ölkənin regionları arasında inkişaf etməkdə olan müsbət əlaqələri daha da intensivləşdirəcək.
Yaxın zamanlarda Toyotomi şəhərində Azərbaycanla bağlı elmi çıxışların və sərgilərin həyata keçirilməsi planlaşdırılır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.10.2017
Körfəz dövlətlərindən ölkəmizə gələn turistlərin sayı artır
18.10.2017
“Şərq Tərəfdaşlığı ölkələrinə eyni münasibət göstərilməlidir”
18.10.2017
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
18.10.2017
Prezident Əbdüllətif bin Raşid Əl-Zəyyəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17.10.2017
Səudiyyə Ərəbistanı kralı Azərbaycan Prezidentini təbrik edib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7514

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info