“Nutella” istehsalçıları: “Palma yağı qatılmayan şokoladlı-fındıqlı pasta o qədər də dadlı olmayacaq”
Tarix: 12.01.2017 | Saat: 15:24:00 | E-mail | Çapa göndər
“Nutella” brendinin məxsus olduğu İtaliyanın “Ferrero” qənnadı şirkəti palma yağını müdafiə edib. Avropa tənzimləyicilərinin bu inqrediyentın potensial kanserogen olması barədə məruzəsinin dərc edilməsindən sonra bəzi istehsalçılar palma yağını boykot edirlər.
AZƏRTAC “INTERFAX.RU”ya istinadla bildirir ki, “Ferrero”nun televiziyada keçirdiyi reklam kampaniyasında palma yağı qatılmayan şokoladlı-fındıqlı “Nutella” pastasının o qədər də dadlı olmayacağı əsaslandırılıb.
Palma yağı “Nutella”nın tərkibində təxminən 20 faiz təşkil edir. Hər il “Ferrero” bu şirin məmulatdan 250 min ton hazırlayır ki, buna 50 min ton palma yağı sərf edilir.
Palma yağının təbii qırmızımtıl rəngini və kəskin iyini aradan qaldırmaq məqsədilə onun rafinadlaşdırılması çox yüksək temperaturda aparılır. Nəticədə yağ turşularının qlisidil efiri yaranır ki, bu da maddələr mübadiləsi prosesində kanserogen faktora aid edilən qlisidola çevrilir.
“Ferrero” bildirir ki, orqanizm üçün zərərli birləşmələrin yaranmaması məqsədilə şirkət üçün palma yağı Selsi üzrə 200 dərəcədən bir qədər aşağı temperaturda rafinadlaşdırılır. Şirkətin top-menecerlərinin sözlərinə görə, proses yüksək temperaturlu emaldan daha çox vaxt aparır və 20 faiz baha başa gəlir.
Qeyd edək ki, 2016-cı ilin may ayında Avropa Ərzaq Təhlükəsizliyi Agentliyi tərəfindən Selsi üzrə 200 dərəcədən yuxarı temperaturda rafinadlaşdırılan palma yağı istehlakının xərçəng xəstəlikləri ilə əlaqəsi barədə məruzə dərc edilib. Bundan əvvəl müvafiq əlaqə barədə Dünya Səhiyyə Təşkilatının ekspertləri danışıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Minlərlə insan Fəxri xiyabana axışıb
12.12.2017
UNEC-də doktorantura təhsilində yenilik
12.12.2017
Aqil Abbas: “Ulu Öndər xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi”
12.12.2017
MEK qədim xəritələrin təqdimatını keçirib
12.12.2017
İzmirdə “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7907

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info