Torpaqların şoranlaşmasının qarşısını almaq məqsədilə drenaj stansiyalarının gücü artırılır
Tarix: 12.01.2017 | Saat: 15:33:00 | E-mail | Çapa göndər
Salyanda torpaqların təkrar şoranlaşmasının qarşısını almaq məqsədilə kompleks meliorativ tədbirlər həyata keçirilir. Mövcud kollektor-drenaj təsərrüfatlarında əsaslı təmir-bərpa işləri görülməklə yanaşı, yeni drenaj şəbəkələrinin qurulması da planlaşdırılıb.
Aşağı Muğan Meliorativ Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Zalış Bünyadov AZƏRTAC-a bildirib ki, əkin yerlərində toplanılan qalıq sularının dənizə ötürülməsini sürətləndirmək məqsədi ilə ilk növbədə, nasos stansiyalarının məhsuldarlığı yüksəldiləcək. Bunun üçün Salyanın Boranıkənd kəndindəki birləşmiş nasos stansiyasında 2 əlavə nasos quraşdırılmaqla stansiyanın gücü artırılacaq. Həmçinin Yusif Qasımov adına və “28 May” stansiyalarının fəaliyyəti də bərpa ediləcək ki, bununla da Salyan və Neftçala rayonlarının ərazisində, ümumilikdə, 20 min hektar sahədə qrunt sularının yuxarı qatlara qalxmasının qarşısı alınacaq. Mühəndisin sözlərinə görə, torpaqlarda olan duzluluğun dərəcəsini aşağı salmaq və qalıq sularının səviyyəsini 2 metrə qədər endirmək məqsədilə 5 kəndin ərazisindən keçən 200 kilometrə yaxın drenaj xətti də dərinləşdiriləcək.
Rayonda dövriyyədən kənarda qalan sahələrin əkinəyararlı vəziyyətə gətirilməsi məqsədilə 4 layihənin icrası da builki planlar sırasındadır. Görülən tədbirlər nəticəsində rayonun Şirvan kəndinin əkin sahəsi 1500, Qızılağac yaşayış məntəqəsinin əkin sahəsi isə 1200 hektar genişləndiriləcək. Dövriyyəyə qatılan yeni torpaq sahələrində gələcəkdə pambıq sahələrinin salınması nəzərdə tutulub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2017
Körfəz dövlətlərindən ölkəmizə gələn turistlərin sayı artır
18.10.2017
“Şərq Tərəfdaşlığı ölkələrinə eyni münasibət göstərilməlidir”
18.10.2017
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
18.10.2017
Prezident Əbdüllətif bin Raşid Əl-Zəyyəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17.10.2017
Səudiyyə Ərəbistanı kralı Azərbaycan Prezidentini təbrik edib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7514

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info