Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək
Tarix: 12.01.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər
Yanvarın 16-da Vyetnamın paytaxtı Hanoy şəhərində iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.
 
Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Natiq Əliyev, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.
 
İclasda Azərbaycan və Vyetnamın sosial-iqtisadi inkişafı barədə qarşılıqlı məlumatlar diqqətə çatdırılacaq. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. İkitərəfli əməkdaşlığın inkişaf istiqamətləri kimi enerji, ticarət, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, hüquq və məhkəmə, mədəniyyət, turizm, idman və gənclər sahəsində yeni təkliflər nəzərdən keçiriləcək. Mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün müvafiq razılıqların əldə edilməsi məsələlərinə baxılacaq.
 
Vyetnam tərəfin təqdim etdiyi statistik məlumatlara əsasən, 2016-ci ilin birinci yarısında, Vyetnam və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 51,9 milyon ABŞ dolları olub. Azəbaycana 4,5 milyon ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirilib. Həmçinin Azərbaycandan 47,3 milyon ABŞ dolları həcmində idxal əməliyyatları aparılıb.
İki ölkənin enerji sektorunda əməkdaşlığı uzunmüddətli və strateji baxımdan prioritet sayılır. Qeyd edək ki, 2015-ci ildə Vyetnamın neft və Qaz Korporasiyası “Petrovietnam” və SOCAR arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 
Vyetnam neft emalı sektorunun genişləndirilməsi və modernləşdirilməsində Azərbaycanın iştirakına, Xəzərdə neft yataqlarının kəşfiyyatı və işlənməsinə, neft-qaz sahəsində kadrların hazırlanmasında təcrübənin mənimsənilməsinə, eləcə də xam neft, təbii qaz və neft məhsullarının ticarəti ilə bağlı müştərək layihələrin həyata keçirilməsinə maraq göstərir. Bununla yanaşı, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi planlaşdırılır. Bütün bu məsələlərin Komissiyanın iclasında müzakirəsi və həmsədrlərin Azərbaycan və Vyetnam arasında Hökumətlərarası Komissiyanın 1-ci iclasının yekun protokolunu imzalaması nəzərdə tutulub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
30.03.2017
“Günəşli”də 3 quyu istifadəyə verilib
30.03.2017
İrandan Azərbaycana təyyarə və avtobus reyslərinin sayı artıb
30.03.2017
Musa Quliyev: “Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün hər cür şərait yaradılıb”
30.03.2017
“TANAP Türkiyənin təbii qaz tədarükü üzrə təhlükəsizliyini təmin edəcək”
30.03.2017
Azərbaycan Rusiyaya şərab ixracını artıra bilər

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5999

1 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
2 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
3 “Azərbaycanın brend məhsullarını Arxangelskdə görmək istəyirik”
4 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
5 “İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info