Saatlı təxribatı baş tutmayıb
Tarix: 08.04.2013 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Bir qrup AXCP üzvü rayon sakinləri tərəfindən Saatlıdan qovulublar. “Azadinform” Saatlı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 5 aprel 2013-cü il tarixdə AXCP-nin Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli İcra Hakimiyyətinə müraciət edərək 7 apreldə toplantı keçirmələri üçün yer istəyib.
Müraciətin 5 apreldə edilməsindən aydın görünür ki, 2 günə toplantının keçirilməsi üçün müvafiq yerin ayrılması texniki və digər səbəblərdən mümkün deyil. Müraciətin nəticəsini gözləməyən AXCP-çilər öz partiyadaşlarını Saatlıda keçirmək istədikləri qanunsuz aksiyaya dəvət ediblər. AXCP rəhbərliyində təmsil olunan Həsən Kərimov, Gözəl Bayramlı, Nurəddin Məmmədli və Natiq Ədilov 7 apreldə Saatlıya təşrif buyuraraq Azad kəndinə gəliblər. Həsən Kərimov “azadlıq.info”ya verdiyi müsahibədə bildirib ki, guya Saatlıda əhali onların yolunu səbirsizliklə gözləyirmiş və 3 kənddə artıq əhali ilə coşqulu görüşləri olub.
Əldə etdiyimiz məlumata görə, H.Kərimovun dedikləri tam yalandır və onlarla görüşə gələn olmayıb, əksinə kənd sakinləri AXCP-çilərin gəlişindən hiddətlənərək onlardan getmələrini tələb ediblər.
Qeyd edək ki, AXCP-çilərin Azad kəndinə marşrutu Sabirabad rayonun Nizami kəndindən keçən yoldan başlayıb. Saatlının Qarayev, Çolpı və Fətəli kəndləri həmin yolun üstündə yerləşir. Həsən Kərimov həmin kəndlərin ərazisindən keçməklə guya əhali ilə görüşdüyünü iddia edib. Cəbhəçilər həmin yoldan hərəkət edərək Saatlıya, oradan isə arxa yolla Azadkənd kəndinə AXCP-nin yerli şöbəsinin sədri Şamil Hacıbəylinin həyətinə gəliblər.
Məlumatda deyilir ki, burada AXCP rəhbərlərini başqa rayonlardan gələn cəmi 22 nəfər qarşılayıb. Daha Həsən Kərimovun dediyi kimi yüzlərlə Saatlı sakini həmin toplantıda iştirak etməyib. Azadkənd kəndinin sakinlərinin çağırılmamış qonaqlara qəzəbləndiyini görən AXCP funksionerləri ərazidən qaçmaq məcburiyyətində qalıblar. Ən böyük ifşaedici yalanlarını isə AXCP funksionerləri özləri təsdiq ediblər. Keçirdikləri tədbirin foto görüntülərinin uyğun gəlmədiyinin fərqinə varmadan “azadlıq.info”da yerləşdiriblər.
Şəkillərdə masanın baş tərəfində əyləşən AXCP-çilərin arxasında Azərbaycanın bayrağı asılıb. Adamların çox təsvir olunduğu digər şəkildə isə həmin hissədə bayraq görünmür. Cəbhəçilər foto şəkilləri montaj etməkdən də çəkinməyiblər. Mənbə onu da bildirib ki, AXCP sədri Əli Kərimli əslən Saatlı rayonundan olmasına baxmayaraq, bu rayonda onun digər müxaliflər kimi tərəfdarı yoxdur.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info