“Əli Kərimli və İsa Qəmbər bir qrup gənci öz siyasətlərində alətə çeviriblər”
Tarix: 08.04.2013 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Son vaxtlar müxalifət partiyaları gəncləri öz sıralarına daxil etmək üçün bir çox vasitələrdən istifadə edirlər. Məqsəd isə gəncliyin qüvvəsindən istifadə edib qanunsuz aksiyalar keçirməklə beynəlxalq aləmdə Azərbaycanda demokratiyanın olmadığı təsəvvürünü formalaşdırmaqdır.
Müxalifətin sırasına qoşulan gənclərin bir çoxu qoşulduqları partiyaların, onların rəhbərlərinin keçmişdəki fəaliyyətini araşdırmadan kor-koranə bu addımı atırlar. Müxalifətin istifadə etdiyi vasitələrdən biri də sosial şəbəkələrdə, xüsusilə “Facebook” sosial şəbəkəsində müəyyən qruplar, səhifələr açaraq, gəncləri bu səhv və təhlükəli istiqamətə yönəltməkdir. Məsələ ilə bağlı İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının fikirlərini öyrəndik. O, bir qrup gənclərdən əsasən radikal müxalifətin, AXCP sədri Əli Kərimlinin və Müsavat sədri İsa Qəmbərin öz çirkin məqsədləri üçün istifadə etdiklərini bildirdi: “Zaman-zaman bu müxalifət Azərbaycan gəncindən istifadə edib. Son zamanlar Azərbaycanda bir qrup gənci öz siyasətlərində alətə çeviriblər. İsa Qəmbərin oğlu vasitəsilə “Nida” gənclər təşkilatı yaradıblar. Ciddi sosial bazaları olmasa da, İsa Qəmbər onlardan istifadə edir. Onlardan bir neçəsi həbs olunub. Onlar ölkədə iğtişaş yaratmaqda və “molotov kokteyli” hazırlayıb aksiyalarda istifadə etmək cəhdində ittiham olunur. Əli Kərimli və İsa Qəmbər həmişə məhz gənclərdən istifadə edirlər. Bunların Azərbaycan siyasətində təcrübələri yoxdur, onlar nə üçün mübarizə apardıqlarını bilmirlər. Bu gənclərə sözüm odur ki, Əli Kərimli, İsa Qəmbər üçün həbxanaya düşməyə dəyməz. Əli Kərimlinin komadasında olan Ruslan Bəşirli 7 il həbsxanada cəza çəkdi. Cənab Prezidentin əfvindən sonra azad olundu və 7 ildə Əli Kərimlinin bir dəfə də olsun ona baş çəkmədiyini bildirdi. Azad olunduqdan sonra Əli Kərimli ilə yollarını ayırdı, indi də 7 ili həbsxanada keçirdiyi üçün heyfislənir. Bu nümunəni gənclərin nəticə çıxarması üçün deyirəm. Gənclərdən kütləvi dəstək qazanmaq üçün istifadə edirlər. İsa Qəmbərin oğlu 2 aydan artıq əsgərlik çəkmədi, buna cəsarəti çatmadı. Bunlar hansı vətənpərvərlikdən, əsgər sevgisindən danışa bilərlər? Əli Kərimlinin oğlu xaricdə təhsil alır, ancaq o digər gəncləri iğtişaşa sürükləyir. “Nida” üzvlərinin həbsinin də səbəbkarı onlardır. Sosial şəbəklərdə radikal müxalifətin fəaliyyəti məsələsinə gəldikdə isə, onların əsas məqsədi odur ki, “Facebook”-da fəaliyyətlərini genişləndirsinlər. Statistikaya əsasən burada istifadəçilərin 83%-i gənclərdir. Onlar gəncləri aldadaraq özlərinin yaratdıqları profillərlə, səhifələrlə aksiyalara cəlb etmək istəyirlər. Guya məlumat yaydılar ki, son aksiyaya sosial şəbəkələrdə 100 mindən çox insana dəvət göndərilib. Amma təxminən 200-300 nəfəri aksiyaya toplaya bildilər. Ümumiyyətlə, həm mediada, həm də sosial şəbəkələrdə özlərinə qüvvə toplamaq istəyirlər. Düşünürəm ki, gəncliyimiz son dərəcədə təfəkkürlüdür və radikal müxalifətin açıq və gizli təşəbbüslərinə dəstək vermir və verməyəcək”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info