Əfqanıstanda narkoticarət üstündə savaş: “İŞİD” və “Taliban” bir-birinə müharibə elan edib
Tarix: 13.01.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Əfqanıstan hökumət dairələrinin açıqladığı məlumat terror təşkilatlarının mübarizəsində yeni mərhələnin başlandığını göstərir. Daha doğrusu, terror təşkilatlarının arxasında dayanan güclər arasında narazılıq yaranıb. Öncə onu xatırladaq ki, təxminən bir həftə əvvəl bəlli oldu ki, ABŞ-ın xüsusi təyinatlılardan ibarət qrupu Əfqanıstanın Hilmand əyalətinə göndərilib. Bu məlumatdan sonra əyalətin polis idarəsinin rəhbəri elan edib ki, onlarda “İŞİD” terror təşkilatı ilə “Taliban”ın bir-birinə müharibə elan etməsi ilə bağlı sənədlər var. İki terror təşkilatı bir-birinə cihad elan edib. İki terror təşkilatının bir-birinə müharibə elan etməsinin səbəbi narkotik ticarəti və “kadr siyasəti”dir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının hələ 2015-ci ildə açıqladığı hesabatda qeyd edilirdi ki, Əfqanıstanda 4 min müxtəlif istiqamətdə fəaliyyət göstərən qruplaşmanın tərkibində 50 minə yaxın döyüşçü var. Onların təxminən 25 mindən 40 minə yaxını “Taliban” üzvləridir. “İŞİD” üzvlərinin sayı təxminən 2-3 min civarında dəyərləndirilir. Əfqanıstan üzrə ekspert Anton Mardasov “Vzqlyad”a bildirib ki, “İŞİD” son vaxtlar “Taliban”ın yağlı tikəsi olan narkotik yetişdirilən bölgələrə nəzarəti ələ keçirməyə çalışır. Ekspert qeyd edir ki, “Taliban” Kunduz şəhərinə hücum edərkən “İŞİD” onlara yardım edib. Amma “Taliban” lideri Molla Ömərin öldürülməsindən sonra təşkilatın tərkibində olan bəzi dəstələr “İŞİD”-in tərəfinə keçib. Maraqlıdır ki, “İŞİD”-ə qoşulanlar yerli deyil, xarici vətəndaşlardan ibarət olan terrorçular olublar: “Burada ABŞ ziddiyyətli siyasət həyata keçirir. Bir tərəfdən ABŞ terrorçulara qarşı mübarizə aparır. Digər tərəfdən amerikalıların narkotik ticarətindən pay alması ilə bağlı xəbərlər var. Elə Qərb mətbuatında dərc edilən yazılarda da qeyd edilir ki, MKİ-nin bir çox ölkədə həyata keçirdiyi əməliyyatlar Əfqanıstan narkoticarəti hesabına maliyyələşdirilir. Ona görə də ABŞ nə “Taliban”ın başında güclü liderin olmasını, nə onların hakimiyyəti ələ keçirməsini istəyir, nə də regionda, ölkədə vəziyyətin sabit olmasını”. Mardasov Rusiyanın Əfqanıstanda iştirakını da dəyərləndirib: “Bəzən belə informasiya yayılır ki, guya “taliblər”in tankları rusiyalı mütəxəssislər tərəfindən Tacikistan ərazisində təmir edilir. Şübhəli informasiya olsa da, fantastika deyil. Rusiya diplomatiyası da bu gün Əfqanıstanda ziddiyyətli vəziyyətdədir. Onlar rəsmi şəkildə əfqan hökumətini dəstəkləyir. Amma “Taliban”ın zəifləməsi “İŞİD” üzvlərinin sayının və gücünün artmasına səbəb ola bilər. “İŞİD”-in regionda güclənməsi fonunda “taliblər”ə hansısa formada dəstək ola bilər. Amma bunu nə ruslar, nə də amerikalılar açıq etmirlər“. Ötən ilin noyabrında BBC-nin Rusiya xidməti məlumat yaymışdı ki, İran və Rusiya “İŞİD”in güclənməsinin qarısını almaq üçün “taliblər”ə yardım edirlər. İki qruplaşmanın narkotik ticarətinə nəzarət üçün bir-birinə müharibə elan etməsi və ABŞ xüsusi təyinatlılarının Hilmand əyalətinə yerləşdirilməsi Vaşinqtonun bu məsələyə nə qədər böyük önəm verdiyini göstərir.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Rəcəb Tayyib Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
18.09.2019
Səudiyyə Ərəbistanı Kralı açıqlama verdi
18.09.2019
Ağ Ev bәyanat yaydı
18.09.2019
ABŞ-lı millət vəkillərinin Kəşmirlə bağlı çağırışı
18.09.2019
Özbəkistanda azad iqtisadi zona yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info