Kipr probleminin həllinə doğru
Tarix: 13.01.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Cenevrədə keçirilən danışıqlarda Kiprin administratıv bölünməsi məsələsi həll olunmamış qalıb - mübahisələr 1 faizin ətrafında gedir.
“Euronews” telekanalı xəbər verir ki, Kiprin yunan və türk icmaları söhbətin vahid ölkənin inzibati bölgüsündən getdiyini qeyd edir. Lakin türk tərəfi ada ərazisinin 29,2 faizinin onlara aid olduğunu hesab etsə də, yunan tərəfinin versiyasına görə, türklərə yalnız 28,2 faiz ərazi ayrılmalıdır. Türk icmasının nümayəndəsi Barış Borcu mübahisəyə səbəb olan hər iki xəritənin BMT ekspertlərinə göndərildiyini bildirib. Yeni ərazi bölgüsü BMT nümayəndələrindən başqa, qarant ölkələr - Türkiyə, Yunanıstan və Böyük Britaniya tərəfindən də qiymətləndirilməlidir. Hazırda türklərin nəzarətində olan bölgə adanın 37 faizini təşkil edir. Xatırladaq ki, adanın türk və yunan icmalarının rəhbərləri Mustafa Akıncı və Nikos Anastasiadisin iştirakı ilə bazar ertəsi günü Cenevrədə başlayan danışıqlar başa çatıb. Üç qarant ölkənin, həmçinin Avropa İttifaqının iştirakı ilə Kipr üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfransda qarant ölkələr xarici işlər nazirləri, Avropa İttifaqı isə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info