Dünya Bankı: “Sənaye parkları və məhəllələri Azərbaycanın ixracını stimullaşdıracaq”
Tarix: 13.01.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


"Sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti, monitorinqi və qiymətləndirilməsi" mövzusunda treninq keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti, monitorinqi və qiymətləndirilməsi" mövzusunda treninq keçirilib. Treninq Dünya Bankının Baş mütəxəssisi Melissa Rekas və İİTKM-in Konsaltinq və Treninq koordinatoru Kamil Ələsgərov tərəfindən aparılıb.
Dünya Bankının eksperti, sənaye parkları və sənaye məhəllələrinin mövcudluğunun qeyri- neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmini kimi mühüm məsələlərin inkişafını stimullaşdıracağını qeyd edib. O bildirib ki, Sənaye parkları və məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin bir hissəsidir. Tədbirdə Sənaye Parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi sahəsində mövcud olan qanunvericilik qaydaları haqqında da danışılıb, dünya təcrübəsi ilə müqayisəli təhlili aparılıb. Xarici ölkələrin bu sahədəki təcrübəsinin ölkəmizə müsbət töhfə verməsi məqsədi ilə təşkil edilmiş bu təlimdə Azərbaycanda mövcud olan Sənaye parklarının, aqroparkların, habelə nazirliklərin nümayəndələri iştirak edib. Ekspertlər iştirakçıların suallarını cavablandıraraq, onları maraqlandıran mövzular üzrə geniş müzakirələr aparıblar. Tədbirin sonunda treninq iştirakçılarına sertifikatlar təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Xəzərdə “Quba“ adlı yeni gəmi istismara veriləcək
18.09.2019
“Akıncı“ ilk uçuşunu oktyabr ayında reallaşdıracaq
18.09.2019
Hakim ştatlarının sayı 200 vahid artırılıb
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info