Şinzo Abe: “Yaponiya Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir”
Tarix: 13.01.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən bu ölkədə akkreditasiya olunmuş yapon dilində danışan səfirlər üçün nahar təşkil edilib. Tədbirdə Baş nazirin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak edib.
Görüş çərçivəsində G.İsmayılzadə Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığımızın, xüsusən, iqtisadi sahədə genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, hazırkı iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm və aviasiya kimi sahələrin inkişafına yüksək önəm verildiyi haqqında məlumat verib. Həmçinin G. İsmayılzadə 2017-ci ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunacağını diqqətə çatdırıb. Bununla bağlı, Azərbaycan ilə Yaponiya arasında müxtəlif tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Baş nazir Ş.Abe verilən məlumatlara görə minnətdarlığını ifadə edib, Yaponiyanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Tədbirdə yapon dilində danışan 22 səfir iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info