Ermənistanda mətbuat azadlığına təzyiqlər artıb
Tarix: 13.01.2017 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Ermənistanda insan hüquqları ilə yanaşı, mətbuat azadlığı sahəsində də vəziyyət pisdir. Jurnalistlər təqib olunur, mətbu orqanlar isə müxtəlif bəhanələrlə bağlanılır.
İrəvanda nəşr olunan “Çeç” qəzetinin baş redaktoru Marianna Qriqoryan hesab edir ki, Ermənistan cəmiyyətində media azadlığı sahəsində böyük problemlər mövcuddur. Ermənistan hökumətinin mətbuat azadlığı, demokratiya, insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Ölkədə addımbaşı jurnalistlərin hüquqları pozulur. Bu günlərdə “Çeç” qəzetinin satışına qadağa qoyulub. Bundan əvvəl daha iki qəzetin fəaliyyəti dayandırılıb. Qəzetin elektron piarını “Medialab” saytı həyata keçirir. Artıq onlara da əməkdaşlığı dayandırmaq üçün xəbərdarlıq gəlib. “Medialab”ın əməkdaşları ötən ilin avqustundan təqib olunduqlarını bildirirlər. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də vəziyyət dəyişməyib. Onlar İrəvan merinin qəzetin satışının dayandırılması ilə bağlı qərarını qanunsuz hesab edirlər. Bildirilir ki, Ermənistan hökuməti Avropa Şurası qarşısında söz azadlığının qorunmasına dair öhdəlik götürüb. Qurum hakim dairələrdən Ermənistanda KİV azadlığının səviyyəsinin qaldırılmasını dəfələrlə tələb edib. Lakin illərdir cəmiyyət bunun əksini müşahidə edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Moskvada koronavirusdan daha 15 nəfər ölüb
22.09.2020
Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri
21.09.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 936-ya çatıb
21.09.2020
Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info