Müxalifətdən prezidentliyə daha bir namizəd
Tarix: 08.04.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


VİP Əli Əliyevin namizədliyini irəli sürdü


Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyası Məclisi dünən keçirilən iclasında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə dair qərar qəbul edib. Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib. VİP sədri bəzi siyasi qüvvələrin öz korporativ maraqlarından çıxış edərək, müxalifətin bir araya gəlməsinə imkan vermədiyini, bununla da müxalifətin seçkidə uğur qazanmaq şansını məqsədyönlü şəkildə zəiflətdiklərini söyləyib. Əliyev VİP olaraq, müxalifətin əsaslı surətdə təşkilatlanaraq, qarşıdan gələn prezident seçkilərində vahid güc və namizədlə çıxış etməsini ən optimal variant kimi gördüklərini deyib. VİP Məclisinin iclasında partiyanın yeni təsvirdə hazırlanmış loqotipi və bayrağı da təqdim olunub. Məclis üzvlərinin yeni atributlarla bağlı çıxışından sonra VİP-in yeni loqotipi və bayrağı təsdiqlənib.
Xatırladaq ki, indiyədək Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Müsavat Partiyasının sədri İsa Qəmbər və b. prezidentliyə namizədliklərini irəli sürüblər və bundan sonra da müxalifət partiyalarından müxtəlif şəxslərin prezidentliyə namizədliklərini irəli sürəcəkləri gözlənilir. Müxalifət düşərgəsindən namizədlərin sayının artması düşərgədə partiyaların vahid mövqedən çıxış etmə vədlərinin boşa çıxdığını göstərir. Müxalifətin digər tanınmış simaları kimi VİP sədrinin sözləri isə düşərgədəki acınacaqlı vəziyyəti, müxalifətin artıq məğlub olacaqlarını etiraf etdiklərini təsdiqləyir.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib
07.08.2020
Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir
07.08.2020
Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO
06.08.2020
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO
06.08.2020
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:İrəvanı yenidən bölmək planı - TƏHLİL

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info