Kipr hələ birləşməyib, lakin danışıqlar davam edəcək
Tarix: 13.01.2017 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Kiprin birləşməsi barədə gözlənilən sazişə hələ ki, nail olunmayıb, lakin danışıqlar davam edəcək. Kipr probleminin həlli üzrə Cenevrədə keçirilən beynəlxalq konfrans bu əhval-ruhiyyədə başa çatıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, konfrans iştirakçıları spesifik məsələləri və alətləri müəyyən edəcək işçi qrup yaratmaq barədə razılığa gəliblər. Yanvarın 18-də işə başlayacaq qrup təkliflərini təqdim etdikdən sonra siyasi səviyyədə konfrans keçiriləcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Afinanın diskussiyanı davam etdirməyə hazır olmadığını bildirib: “Həll olunmamış məsələlər çoxdur. Onlar hələ ki, danışıqları davam etdirməyə hazır olmadıqlarını və bu məsələni öz aralarında təkrar müzakirə etmək istədiklərini bildiriblər. Biz də, yeni vaxt təyin etməyə razılaşdıq”.
Açıq qalan məsələlərin həllini tapmaq üçün ikitərəfli danışıqlar davam edəcək. BMT-nin baş katibi Antoniu Quterriş artıq gələn görüşdə məsələnin həll olunması üçün tərəflərin bütün səylərini ortaya qoyacaqlarına ümid etdiyini deyib.
Xatırladaq ki, Kiprin birləşdirilməsi üzrə beynəlxalq konfrans BMT-nin himayəsi altında qarant ölkələrin - Türkiyə, Yunanıstan və Böyük Britaniyanın xarici işlər nazirləri səviyyəsində keçirilib. Konfransdan əvvəl Kiprin türk və yunan icmalarının liderləri Mustafa Akıncı və Nikos Anastasiadis ikigünlük danışıqlar aparıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info