DSMF-nin Biləsuvar rayon şöbəsinin inzibati binası istifadəyə verilib
Tarix: 13.01.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Dünya iqtisadiyyatında böhrandan irəli gələn çətinliklər yaşanmasına baxmayaraq, ölkəmizdə sosial-iqtisadi sabitlik qorunub saxlanıb”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binasının açılışı olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə nazir Səlim Müslümov, Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
S.Müslümov ölkə əhalisinin, xüsusən sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduğunu vurğulayıb: “Dünya iqtisadiyyatında böhrandan irəli gələn çətinliklər yaşanmasına baxmayaraq, ölkəmizdə sosial-iqtisadi sabitlik qorunub saxlanıb. Hətta məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq, ötən il Azərbaycanda qeyri-neft sənayesində 5% artım əldə olunub. Həmçinin ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmaqla əmək bazarında sabitlik davam edib”.
 
Cari ildə də əhalinin sosial müdafiəsinin ölkəmizdə aparılan siyasətin prioritetlərindən biri olduğunu qeyd edən nazir bunun 2017-ci ilin dövlət büdcəsində də əksini tapdığını, büdcənin 40,3%-nin sosialyönümlü xərclər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Dövlət Sosial Müdafiə Fondunun cari il üçün büdcəsində də əhaliyə ödənişlərə yönəldilən vəsaitlərin ötən illə müqayisədə 7,6% artırılması nəzərdə tutulur. Ümumilikdə  möhtərəm dövlət başçısının islahatlar kursuna uyğun olaraq, sosial təminat sisteminin səmərəliliyinin və əhatəliliyinin artırılması, şəffaflığın təminatı istiqamətində tədbirlər davam etdiriləcək”. Nazir sosial sığorta haqqı üzrə daxilolmaların artım dinamikasını da qeyd edib, bunun pensiya və müavinətlərin hər ay qrafik üzrə maliyyə təminatını həyata keçirməyə şərait yaratdığını bildirib. O qeyd edib ki, müsbət nəticələrdən biri kimi, fondun fərdi uçot sisteminin əhatə dairəsi də daim genişlənir və sistemdə qeydiyyatda olan sığortaolunanların sayı son bir ildə 191 754 nəfər artaraq 3 371 908 nəfərə çatıb.
 
Əhaliyə xidmətlərin məmur-vətəndaş təmasları olmadan, avtomatlaşdırılmış infrastruktur üzərində, şəffaf şəkildə qurulduğunu vurğulayan nazir əmək, sığorta və pensiya münasibətləri, sosial yardım, müavinət və s. ilə bağlı elektron xidmətlərin əhalinin istifadəsində olduğunu qeyd edib: “Yerli qurumların müasir tələblərə uyğun iş şəraiti təmin edilməsi də daim diqqətdə saxlanır. Dövlət Sosial Müdafiə Fondunun demək olar ki, bütün rayon və ya şəhər şöbələri artıq müasir tələblərə cavab verən yeni inzibati binalarla təmin olunublar”.
 
S.Müslümov bildirib ki, ümumilikdə Fondun bütün fəaliyyət sahələri, sığorta-pensiya münasibətləri elektron sistem üzərində qurulub: “Yerli qurumlarda da lokal şəbəkələr yaradılaraq mərkəzi informasiya sisteminə birləşdirilməklə Fondun ümumi korporativ şəbəkəsi, habelə xidməti əhali kontingentinə dair unikal elektron məlumat bazaları formalaşdırılıb. Ümumi fəaliyyətin tam elektronlaşdırılmasına uyğun olaraq, hər bir yerli şöbədə də əməkdaşların gündəlik iş rejimi informasiya-kommunikasiya texnologiyalarından istifadə əsasında qurulub və onlar üçün müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil edilib, onların lazımi İKT avadanlıqları ilə təchizatı həyata keçirilib. Bütün bunlar nəticə etibarilə sistemdə şəffaflığın artmasına, müvafiq işlərin yerinə yetirilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, əhali ilə Fondun yerli qurumları arasında münasibətlərin sadələşdirilməsinə, eyni zamanda bu qurumlarda vətəndaşlara müasir şəraitdə xidmət göstərilməsinə yönəlib”.
 
Qeyd edək ki, ikimərtəbəli, 8 iş otağından ibarət olan inzibati bina müasir avadanlıqlarla təchiz edilib, əməkdaşların fəaliyyəti və vətəndaşlara yüksək səviyyədə xidmətin təşkili üçün hər bir şərait yaradılıb. Müvafiq əməliyyatların avtomatlaşdırılmış sistemi, sığortaedən və sığortaolunanların elektron uçotunun aparılması, müvafiq hesabatların elektron formada qəbulu prosesi, vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi,  fəaliyyətin ümumi elektron infrastrukturu və s. nəzərdən keçirilib. 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info