“Hər il sərgidə iştirak edənlərin sayı artır”
Tarix: 08.04.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Kaspi Təhsil Mərkəzinin V Beynəlxalq Təhsil Sərgisinin açılışı oldu. Sərgidə 8 ölkədən 14 müxtəlif universitet və təhsil müəssisələri təmsil olunurdu. Sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirdi ki, artıq Azərbaycanda beynəlxalq təhsil sərgiləri ənənə halını alıb və bu ənənənin təməli Kaspi Tədris Mərkəzi tərəfindən qoyulub. “Hər dəfə bu sərgilərdən sonra biz çoxsaylı gənclərimizin xarici təhsil müəssisələrinə qəbul olunduğunun şahidi oluruq. Hər il sərgidə iştirak edən universitetlərin də sayının artdığını görürük. Bu cür sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün, dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını ortaya qoyur”- deyə Novruzov fikirlərinə əlavə etdi. Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bildirdi ki, sərginin məqsədi tələbə-gəncləri xarici mütəxəssislərin iştirakı ilə dünyanın öncül universitetlərindəki təhsil imkanları barədə maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin köməkliyi ilə həmin universitetlərə çıxışlarını təmin etməkdir. Sərgidə müxtəlif istiqamətlərdə dil kursları, bakalavr və magistr proqramları ilə Böyük Britaniyanın top 10-luqda olan universitetləri, eləcə də dünyanın ən yaxşı 150 universiteti siyahısında olan Qlazqo, Aston, Reading kimi təhsil ocaqları təmsil olundu. Sərgi ziyarətçiləri iştirakçılar tərəfindən yerindəcə məlumatlandırılaraq, univeristet və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı qazanmaqla yanaşı, təhsilini xaricdə davam etdirmək istəyən gənclərin yerli və xarici mütəxəssislərdən məsləhətlər almasına şərait yaradır. Xaricdə təhsilə maraqlı olan gənclərin univeristetlərin nümayəndələri ilə daha effektiv və təkbətək görüşmələri və birbaşa konsultasiya olunmaları üçün sərginin növbəti günü Kaspi Təhsil Mərkəzində seminar və təqdimatların təşkili planlaşdırılır. Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi 2007-ci ildən fəaliyyətə başlayaraq qısa müddət ərzində ölkə vətəndaşlarına xarici dillərin tədrisi, universitet hazırlığı, məktəbəqədər hazırlıq və xaricdə təhsil istiqamətləri üzrə yüksək keyfiyyətli xidmət göstərməkdədir.




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Hikmət Hacıyev: Orta məktəblərin açılması məsələsinə baxılır
03.08.2020
BNA-dan xəbərdarlıq: Karantin qaydalarını pozan daşıyıcılar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq
03.08.2020
DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir
03.08.2020
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib
03.08.2020
Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info