ADPU-da doktorantura və dissertanturaya qəbul imtahanları başa çatdı
Tarix: 13.01.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı «Azərbaycan» qəzetinin 29 noyabr 2016-cı il tarixli nömrəsində elan dərc edilib, 16 dekabr 2016-cı il tarixə qədər sənəd qəbulu aparılıb. Planda nəzərdə tutulmuş ixtisaslar üzrə cəmi 80 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 40 sənəd, dissertanturaya 27 sənəd, elmlər doktoru proqramı üzrə dissertanturaya 13 sənəd) qəbul edilib. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 30 noyabr 2016-cı il tarixli 3/399 nömrəli əmrinə əsasən yaradılmış Sənəd Qəbulu Komissiyasının 20 dekabr 2016-cı il tarixli iclasının qərarına əsasən qəbul imtahanlarına fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 1 nəfər, qəbul müsahibəsinə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 8 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 2 nəfər buraxılmayıb. Müvafiq komissiyalar tərəfindən 22 dekabr 2016-cı il tarixdən 10 yanvar 2017-ci il tarixə qədər imtahanlar və müsahibələr obyektiv və şəffaf aparılıb. Rektor Cəfər Cəfərov və Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov prosesə ciddi nəzarət ediblər. İmtahan və müsahibələrin nəticələri əsasında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 12 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 7 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 5 nəfər qəbul edilib.
Yanvar ayının 13-də rektor qəbul edilmiş şəxslərlə görüşüb, onları təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov doktoranturaya və dissertanturaya qəbulla əlaqədar hesabat verib və təkliflərini bildirib. Doktoranturaya və dissertanturaya qəbul olunanlar imtahanların və müsahibələrin şəffaf və obyektiv keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. Sonda doktoranturaya və dissertanturaya qəbul olunanlara vəsiqələr təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info