“Ərəb baharı” demokratiya gətirmədi”
Tarix: 08.04.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Müsavat partiyası son 20 ildir ki, Azərbaycanda daxili siyasi sabitliyi pozmaqla məşğuldur. Heç bir əməli fəaliyyəti olmayan, ancaq partiya maraqlarından çıxış edən İsa Qəmbər Azərbaycana indiyədək vurduqları ziyan azmış kimi indi də ölkəmizi “ərəb baharı” ölkələri sırasında görmək istədiyini qeyd edir. Prezident seçkiləri qabağı aprelin 7-də partiya üzvləri ilə keçirdiyi görüş zamanı səsləndirdiyi fikirlər dediklərimizi bir daha sübut edir. Əslində bir qədər öncə İsa Qəmbərin “Belə getsə, ölkədə qan töküləcək” sözləri də onun və partiyadaşlarının pərdəarxası məqsədlərindən xəbər verir. Diqqət yetirək: necə ola bilər ki, həm dövlətin milli təhlükəsizlik maraqlarından, Dağlıq Qarabağ münaqişəsindən danışasan, həm də Azərbaycanın “ərəb baharı”nın olduğu ölkələr sırasında olmasını istəyəsən? Bu nə cür siyasətçi, dövlət adamı düşüncəsidir? Axı bizim Ermənistan dövlətinin simasında bir düşmənimiz var və siz bu dövlətin yenə də ölkəmizi bölmək, parçalamaq, işğal etmək arzusunda olduğunu bilirsiz. Xalqımıza vətəndaş müharibəsi arzulamaq hansı dövlət düşüncəsinə sığar, İsa bəy?
Hazırda müxalifətdə gedən proseslərə diqqət yetirdikdə İsa Qəmbərin bu istəyinin səbəbi məlum olur. Çünki Müsavat da, digər müxalifət partiyaları da bilirlər ki, seçkilər yolu ilə hakimiyyətə gəlmələri mümkün deyil. 20 il ərzində heç bir iş görə bilməyiblər, ancaq problemlərdən danışıblar, hakimiyyətə gəlmək üçün xalqa yox, xaricdəki himayədarlarına güvəniblər. Müsavatın simasında müxalifət düşərgəsində olan son durum və İsa Qəmbərin öz çıxışında toxunduğu məqamlar əslində müxalifət partiyaların hələ seçki başlamamış məğlubiyyətlərini etiraflarıdır.
Toplantıda diqqət çəkən digər məqam isə Pənah Hüseynin İsa Qəmbəri Məhəmməd Əmin Rəsulzadədən, Əbülfəz Elçibəydən sonra üçüncü böyük lider adlandırmasıdır. Buradan Müsavat partiyasının iqtidara gəlmək üçün yox, ana müxalifət partiyası üçün mübarizə apardığını görə bilərik. Məsələ ilə bağlı YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan fikrini belə bildirdi: “Hazırda ölkəmizdə özünü müxalif partiya adlandıraraq fəaliyyət göstərən Müsavat İsa Qəmbərin bəlli olmayan niyyətlərini, hakimiyyət hərisliyini həyata keçirmək üçün yaşadılan bir alətdir.
20 ildir ki, xalqın göstərdiyi etimadsızlıqdan heç bir nəticə çıxarmadan yenə köhnə üsulları və bəyanatları ilə yollarına davam edirlər. Hər dəfə eyni adamlar bir yerə toplanır, İsa Qəmbər ölkəmizin 20 ildə bir addım da olsun qabağa getmədiyi haqda uydurduğu nağıllarını danışır, şirin vədlər verir. Bu toplantılarda iştirak edənlər orada yaradılan zülmət fondan yorularaq yuxlayırlar.
Çox maraqlıdır ki, hər dəfə də toplantıya bir rayonun adını qoyurlar. Təbii ki, hər bir rayonda dövlətdən, hakimiyyətdən narazı insanlar ola bilər, bu, normal haldır. Hətta başqa düşüncəyə sahib insanlar da vardır, görülən işlərin başqa mexanizmlərlə icrasını istəyirlər. Amma o insanlar son illərdə görülən işləri, həll edilən müəyyən problemləri də dilə gətirirlər.
Amma Müsavat və digər bəzi partiyaların toplantılarında ancaq problemlər qabardılır, bunların içində ən əsası da Qarabağ məsələsidir. Son görüşlərində də bu məsələ vurğulanıb və qeyd edilib ki, 20 ildir bir qarış torpaq belə geri qaytarılmayıb. Sanki bu söz heç vaxt deyilməyib. Bu dəfələrlə ən yüksək tribunalarda belə cənab Prezident tərəfindən diqqətə çatdırılıb. Azərbaycan bu istiqamətdə apardığı mübarizədən bir addım da olsun, geri çəkilməyib.
Lakin İsa Qəmbərin danışığında elə hiss olunur ki, sanki o, torpaqların qaytarılma mexanizmini bilir, amma bunu özü hakimiyyətə gələndən sonra edəcək. Sonra da milli maraqdan, dövlətçilikdən dəm vururlar.
Bu gün bu partiyanın fəaliyyət və istəklərinə diqqət etdikdə onlar “Ərəb baharı” adlı “demokratiya müjdəli” terroru dəstəkləyirlər. Sanki Azərbaycanda da belə bir inqilabın, əslində isə xüsusi missiya yerinə yetirən qrupun xalqın qırğınına səbəb olacaq fəaliyyətini çox arzulayırlar. Bu gün inqilabın baş verdiyi ölkələrin heç birində xalq inqilabdan əvvəlki sosial rifahına belə nail ola bilməmişdir. Heç dedikləri demokratiyanın dadını belə duymamışdır.
Bu gün dünyada gizli əllərin törətdiyi bu inqilabların xalq üçün heç bir əhəmiyyətinin olmaması göz önündədir.
Xalq onları çox yaxşı tanıdığından hər dəfə etimadsızlıq göstərib. Mənim fikrimcə, Müsavat partiyası hazırda öz nizamnaməsində olan bəndlərdən yalnız birinə əməl edir, bu da seçkilərdə iştirakdır. Xalqa isə əməli fəaliyyət lazımdır, sosial təminat lazımdır. Bunlar isə hazırda Azərbaycan dövləti, hökuməti tərəfindən həyata keçirilən sosial proqramlarda reallaşır”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Hulusi Akar hərbi heyətlə Azərbaycana səfər edib
12.08.2020
Ceyhun Bayramov “CNN Türk“ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info