Marşrut avtobuslarında GPS sisteminin quraşdırılması başa çatıb
Tarix: 13.01.2017 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Bakıda marşrut avtobuslarında GPS sisteminin quraşdırılması başa çatıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev  deyib.
M.Ağayev bildirib ki, hazırda sistemin yoxlanışı həyata keçirilir. Yaxın günlərdə GPS sistemi ictimaiyyətə təqdim ediləcək. Bu sistemin tətbiqi sayəsində həm marşrut şəbəkəsində, həm də paytaxtın ümumi nəqliyyat sistemində illərdən bəri mövcud olan problemlərin həllinə şərait yaranacaq.
M.Ağayev qeyd edib ki, GPS sistemi sərnişin avtobuslarına tam nəzarətə imkan verəcək. Hər hansı bir marşrut xətti üzrə hərəkət edən avtobusun dayanacağa hansı müddətdə gəlməsi, sürət həddinə əməl etməsi, dayanacağa daxil olması və ya bunun əksinə hərəkət etməsi bəlli olacaq. Bu sistem avtobusların iştirakı ilə baş verən yol qəzalarının araşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. GPS sistemi vasitəsilə qəza baş verən zaman avtobusun sürətinin nə qədər olması dəqiqliyi ilə bilinəcək.
Həmçinin M.Ağayevin sözlərinə görə, tətbiq olunan sistem vasitəsilə sərnişinlər dayanacaqlardakı məlumat terminalları vasitəsilə gözlədikləri avtobus barədə dəqiq məlumatları əldə edə biləcəklər. Daha əvvəl sistem tətbiq olunan zaman yaranan problemlər və sistemin özünü tam doğrultmaması məsələsi aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyi sistemdə mövcud olan problemlərin təkrarlanmaması üçün zəruri addımları atıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Avropa fond bazarlarının əsas indeks göstəriciləri enib
23.09.2020
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib
22.09.2020
“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahiblərinin nəzərinə - Cərimələnəcəksiz
22.09.2020
Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq
21.09.2020
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info