Naxçıvanda yolların bərpası diqqət mərkəzindədir
Tarix: 13.01.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat kompleksi beynəlxalq standartlar səviyyəsində qurulub. Son illərdə bu sahədə görülən işlər, xüsusilə magistral avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb.
2010-cu ildə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, 2012-ci ildə uzunluğu 34 kilometr olan Naxçıvan-Culfa və 2014-cü ildə uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yollarının dövlətimizin başçısının iştirakı ilə açılışı olub. Həmin magistral avtomobil yollarının müasir tələblər səviyyəsində yenidən qurulması nəqliyyat daşımalarında yeni mərhələnin başlanmasına səbəb olub. Prezident İlham Əliyev Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər”.
Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Belə ki, ötən dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq 5 yaşayış məntəqəsini əhatə edən Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 20 yaşayış məntəqəsini əhatə edən Çeşməbasar-Boyəhməd, 13 kəndi əhatə edən Hacıvar-Vayxır-Sirab və 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istismara verilib. Muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinə, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub. 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən kompleks tədbirlər muxtar respublikada mövcud olan 274 kilometr dövlət əhəmiyyətli və 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə, hərəkətin intensivliyini tam təmin edib.
Müasir yol-nəqliyyat sisteminin qurulması 2016-cı ildə də uğurla davam etdirilib. Belə ki, ötən il muxtar respublika üzrə 62 kilometrlik yeni asfalt yollar salınıb, 5 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən, Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsi başa çatdırılıb. Bundan əlavə, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə Naxçıvan şəhərində avtomobil və ehtiyat hissələrinin satış mərkəzi və yeraltı qaraj tikilib. Hava nəqliyyatında infrastrukturun yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi tədbirləri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının daha bir terminalı istifadəyə verilib. Yenidənqurma tədbirlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə imkanları saatda 600 sərnişinə çatdırılıb.
Müasir yol-nəqliyyat sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın sosial-iqtisadi inkişafını özündə əks etdirməklə yanaşı, həm də regionun tranzit və turizm potensialını artırır, Naxçıvanı beynəlxalq tədbirlərin keçirildiyi cazibədar məkana çevirir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Ağdamda keçirilən əmək yarmarkasında 51 nəfərə işə göndəriş verilib
18.09.2019
Muxtar respublikada istehlak bazarına ciddi nəzarət edilir
18.09.2019
Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya təşkil edilib
18.09.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Həsənli inzibati dairə ərazisinin Köçəkli kəndində səyyar görüşü
18.09.2019
“Tariximizi öyrənək və təbliğ edək” mövzusunda Masallı şəhər Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info