Ədliyyə Nazirliyində AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirilib
Tarix: 13.01.2017 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Ədliyyə nazirinin müavini Azər Cəfərov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumatı bildiriblər ki, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması istiqamətində aparılan işlərdən, o cümlədən müvafiq Fəaliyyət Planının icrası üzrə tədbirlərdən danışılıb. Həmçinin, məhkəmə-hüquq sistemindəki yeniliklərdən, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsindən, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsindən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən bəhs olunub, hakimlərin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminə toxunularaq hazırda növbəti seçimin aparılması və uğur qazanmış namizədlərin sonrakı mərhələyə - uzunmüddətli tədrisə buraxılması barədə məlumat verilib.
Bildirilib ki, hakimlərin və hakimliyə namizədlərin tədrisinə mühüm önəm verilərək bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə fəal əməkdaşlıq edilir, Avropa hakimləri mütəmadi keçirilən treninqlərdə iştirak edir, Məhkəmənin presedentlərinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Avropa Şurası ilə birgə müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.
Ölkəmizin məhkəmə-hüquq sistemindəki islahatları məmnunluqla qarşılayan həmməruzəçilər, həmçinin vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlərə maraq göstərib, bu sahədə Avropa Şurası ilə birgə həyata keçirilən “Vətəndaş Cəmiyyəti Dialoqu” layihəsinin əhəmiyyətini qeyd ediblər.
Söhbət zamanı əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb, ictimai iştirakçılığın təşviqi, mediasiya institutunun, probasiya xidmətinin tətbiqi və digər məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.
Görüşdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri xanım Draqana Filipoviç və ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri Səməd Seyidov iştirak ediblər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info