Qar fırtınası Fransada yüz minlərlə evi işıqsız qoyub
Tarix: 13.01.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Fransanın şimal-qərbində tüğyan edən qar fırtınası 330 min evi elektriksiz qoyub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Enedis” operator-kompaniyasının məlumatına əsasən, elektrik enerjisindən məhrum qalan istifadəçilər Pikardiya, Normandiya, Nor-Pa-de-Kale, Şampan-Ardenna, Lotaringiya, həmçinin Luara, Bretan torpaqları və Fransanın mərkəzi regionunun sakinləridir. Hazırda elektrik enerjisi verilişinin bərpası üçün aparılan işlərə 3,2 min mütəxəssis cəlb olunub.
Bəzi hallarda saatda 146 kilometrə çatan fırtına digər fəsadlara da yol açıb. Təbii fəlakətdən ən çox Pikardiya, Normandiya regionları zərər görüb. Fransanın daxili işlər naziri Brüno Le Runun sözlərinə görə, min nəfərdən artıq insanın təxliyə edilməsinə ehtiyac yaranıb.
Yağan qar və güclü külək səbəbindən ölkənin şimal qərbində yerləşən 11 departamentdə “narıncı” təhlükə səviyyəsi elan edilib. Yerli meteorologiya xidmətləri yanvarın 13-də axşam saatlarından etibarən havanın mülayimləşməyə başlayacağını bildiriblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan
20.09.2019
Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk
20.09.2019
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info