Qızılın həqiqi və ya saxta olduğunu aşkarlayan daş
Tarix: 13.01.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


XX əsrin əvvələrinədək qızılın saxta olmadığını yoxlamaq üçün məhək daşından istifadə olunub. İndi isə bu daşlara yalnız muzeylərdə rast gəlmək mümkündür.
AZƏRTAC xəbər verir ki, Şabran Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında X əsrə aid məhək daşları nümayiş etdirilir. Bu daşlar 1980-1993-cü illərdə “Şabran şəhəri” Tarixi Qoruğunun ərazisində, tarixçi-alim Rəşid Göyüşovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı üzə çıxıb.
Şabran Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Nərmin Eyvazlı bildirib ki, o dövrdə qədim Şabran şəhərində zərgərlik inkişaf edib. Şəhər ticarət yollarının üzərində yerləşdiyindən məhək daşı başqa dövlətlərə də ixrac olunub.
X əsrdə yaşamış səyyah Əbu Xalid Qənnati də qeydlərində məhək daşının Xəzər sahillərində və dənizdəki adalardan əldə olduğunu yazıb.
Məhək daşı - parıldayan, qiymətli hesab edilən əşyaların, əsasən qızılın həqiqi və ya saxta olduğunu aşkarlayan maddədir. Qiymətli əşyaların yoxlanılması prosesi isə çox sadədir. Əvvəlcə qızıl məhək daşının üzərinə sürtülür. Daşın üzərində cızıqlar yaranır. Həmin cızıqlar əllə silindikdə qalırsa, deməli qızıl saxta deyil. Maraqlıdır ki, başqa sərt metallarla məhək daşının üzərində cızıqlar çəkildikdə, onlar tamamilə pozulub gedir. Yalnız qızılın izləri qalır.
Məhək daşından ötən əsrin əvvəllərinədək qızılın saxta olub-olmadığını yoxlamaq üçün istifadə edilib. Sonradan daha mütərəqqi üsullar tətbiq edildiyindən bu üsul unudulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Xəzərdə “Quba“ adlı yeni gəmi istismara veriləcək
18.09.2019
“Akıncı“ ilk uçuşunu oktyabr ayında reallaşdıracaq
18.09.2019
Hakim ştatlarının sayı 200 vahid artırılıb
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info