Görmə qabiliyyəti zəif olan insanlar üçün radar hazırlayıblar
Tarix: 13.01.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Finlandiyanın “VTT” elmi tədqiqat mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış daşınan radar tezliklə görmə qabiliyyəti zəif olan insanlar üçün köməkçi rolunu yerinə yetirəcək. Döş nahiyəsində yerləşdirilən “Guidesense” adlı radar vibrasiya və səsli əlaqənin köməyi ilə istifadəçini potensial maneələr haqda xəbərdar edir.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, elektromaqnit impulsları buraxan “Guidesense” qurğusu adi radar kimi işləyir: impulslar obyektlər tərəfindən əks etdirildikdən sonra qurğunun qəbuledicisinə qayıdır. Hətta müasir sürücüsüz avtomobillərdə belə sistemlərdən istifadə olunur. İstehsalçıların məlumatına əsasən, “Guidesense” qurğusu nazik budaqlar və xırda daşlar istisna olmaqla istifadəçinin ətrafında yerləşən əksər maneələri aşkar etmək qabiliyyətinə malikdir.
Bu radarın əsas özəlliklərindən biri xüsusi radio dalğalardan istifadə etməsidir ki, bu da qurğunu geyimin altında daşımağa imkan verir. Aşkarlanan siqnallar heç bir problem olmadan geyimin içərisindən keçəcək. Bundan başqa, duman və ya yağış kimi hava şəraiti “Guidesense” cihazının iş qabiliyyətinə təsir etməyəcək.
İndi qurğu yekun hazırlama və yoxlama mərhələsini keçir, ancaq ilkin sınaqlar “Guidesense” qurğusunun yüksək səmərəliliyini sübut edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
16.09.2020
Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
14.09.2020
Diş ağrısı niyə gecələr başlayır?
14.09.2020
Kibertəhlükəsizliyə dair təcrübəsini artırmaq istəyənlər üçün ödənişsiz vebinar keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info