ÜAK separatçı rejimin “KVN” festivalında iştirakına etiraz edib
Tarix: 13.01.2017 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Soçidə start götürən "KiViN-2017" adlı Şən və Hazırcavablar Klubu (KVN) beynəlxalq festivalında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən komandanın iştirakı ilə bağlı bəyanat yayıb. 

Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasındakı bütün Azərbaycan diaspor təşkilatları adından separatçıları təmsil edən komandanın festivalda iştirakına etiraz edib. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu ərazidə yaradılan qondarma rejimi dünyanın heç bir dövləti tanımır. Ona görə də, separatçıların komandasının festivalda iştirakı Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlılar arasında da narazılıq yaradıb. 
 
“Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin nümayəndələri yaşayır. Rusiya Federasiyasının milli siyasətinin məqsədlərindən biri milli və millətlərarası münasibətlərin uyğunlaşdırılmasıdır. Prezident Vladimir Putin öz çıxışlarında dəfələrlə ölkəsinin yüzlərlə xalq və etnosun vətəni olduğunu, millətlərarası razılığın dövlətin mövcudiyyətinin əsas prioriteti və vacib şərti olduğunu bəyan edib. Prezident Putinin sözləri əlbəttə ki, bizə böyük ümid verir. Lakin biz növbəti dəfə Azərbaycana qarşı münasibətdə təxribatın şahidi oluruq”, - deyə bəyanatda vurğulanır. 
 
Qondarma rejimin festivalda iştirakının “Rusiya Federasiyasının dövlət sərhədi haqqında” qanunun da kobud şəkildə pozulması olduğunu diqqətə çatdıran ÜAK müvafiq strukturları tədbir görməyə çağırıb. 
 
Qeyd edək ki, yanvarın 10-da Soçidə “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalı başlayıb. Bu festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan “Bakı yığması” da iştirak edir. Eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən “Çörək və duz ilə” adlı komanda da yarışa qatılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
10.07.2020
Bu həftə sonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
10.07.2020
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10.07.2020
XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırova qarşı üç maddə ilə ittiham irəli sürülüb
10.07.2020
ABAD-dan aztəminatlı ailələrin uşaqlarına dəstək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info