Milli Qəhrəman anılıb
Tarix: 13.01.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Yanvar ayının 13-də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Lacin.info saytının birgə təşəbbüsü ilə II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib.
Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar, məktəblilər və ictimayyət nümayəndələri iştirak edib.
“Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli tədbiri açaraq Qarabağ müharibəsəində xüsusi qəhrəmanlığı ilə seçilən İsrafil Şahverdiyevin həyat yolu haqqında məlumat verərək qeyd edib ki, Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahveriyev, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verir:"And olsun namusuna, el qızı, sənin qanın yerdə qalmayacaq".
Çox çəkmir ki, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni casusunu məhv etdi. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürüldü.
Günlərlə, aylarla ev-eşik üzü görməyən, məşəqqətli günlər keçirən, döyüşlərdə mətinləşən İsrafil xalq arasında böyük hörmət qazanmışdı. Kirs dağının erməni təcavüzkarlarından təmizlənməsində şəxsi igidliyinə görə xüsusi təşəkkürə layiq görülür. İsrafil, 1990-cı ildə Laçın rayon kooperativlər ittifaqının təsis etdiyi "Sultan bəy" mükafatını alır.
Cəsur kəşfiyyatçı 1994-cü il yanvar ayının 13-də, Lələ təpə yüksəkliyində döyüş yoldaşlarının həyatını xilas edərkən qəhrəmancasına şəhid olub. Onun qəhrəmanlığını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğlunu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüb.
Daha sonra çıxış edən şəhidin döyüş yoldaşı, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüb.
Tanınmış hüquqşünas, Qarabağ müharibəsi veteranı Ərşad Hüseynov İsrafilin hələ sağlığında əsl qəhrəman adı aldığını, cəsur kəşfiyyatçı kimi çoxsaylı uğurlu əməliyyatlar həyata keçirdiyini vurğulayıb.
Ehtiyatda olan zabit, Qarabağ müharibəsi veteranı Muxtar Həşimov Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalan İsrafil Şahverdiyevin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək olduğunu qeyd edib.
Milli Qəhrəmanın döyüş yoldaşları çıxış edərək onunla bağlı xatirələri diqqətə çatdırıblar.

Şəhidin həyat yoldaşı Hökumə Şahverdiyeva göstəridikləri diqqət və qayğıya görə tədbir iştirakçılarına təşəkkür edib.
Tədbirdə şairə Xuraman Camalqızı və Laçın Rayon 28 № -li tam orta məktəbin şagirdləri Vətənə və Milli Qəhrəmana həsr olunmuş şeirlər səsləndiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
22.09.2020
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
21.09.2020
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
21.09.2020
Prezident: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
21.09.2020
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info