«Rusiyanın əlində erməni məmurlarının cinayətləri ilə bağlı faktlar var»
Tarix: 08.04.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


«Kreml bununla bildirmək istəyir ki,
keçmiş və indiki erməni məmurlarla bağlı onun əlində kifayət qədər dosye var və itaət etməyəni xoş gələcək gözləmir»

Ermənistan mətbuatında vəzifəli şəxslərin cinayətləri ilə bağlı maraqlı məlumat yayılıb. Həmin məlumatda Rusiyanın korrupsiyaya qarşı mübarizə üzrə İctiami Şurasının məsul şəxsi Marina Qalyuçenkoya istinad edilir. Qalyuçenko Ermənistan mətbuatına açıqlamasında bunları dilə gətirib: «Bizim əlimizdə sizin ölkənin keçmiş və indiki yüksək vəzifəli rəsmi nümayəndələrinin mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini təsdiqləyən faktlar var. Həmin məlumatların Rusiyanın yüksək vəzifəli şəxslərinə təqdim edilməsi ilə bağlı bizim müqaviləmiz var. Bu, tamamilə rəsmi yollarla baş tutacaq. Biz faktları gizlətmək istəmirik. Məsələ ondadır ki, bu məsələdə Rusiya məmurlarının da əli var. Onların yardımı ilə «çirkli pullar» Ermənistandan çıxarılıb. Rusiya bu cinayət işlərinin üstünün açılmasını istəmir və oğurlanmış pulları geri qaytarmaq istəyir». Ermənistan mətbuatı yazır ki, yüksək vəzifəli rəsmilərin cinayət əməlində keçmiş prezident Robert Köçəryanın da adı hallanır. Bu haqda bir müddət əvvəl «Aykakan Jamanak» nəşri də məlumat yayıb. Amma onların istinad etdiyi mənbə rəsmi deyildi. Həmin vaxt Moskvadakı erməni klubunun rəhbəri Smbat Karaxanyan cinayətdə adı keçən oliqarxların, deputatların adlarını açıqlamışdı. Bundan sonra həmin adları çəkilən Ermənistan siyasi elitası qəzeti məhkəməyə vermişdilər. Məhkəmə isə olqarxların xeyrinə qərar çıxarmışdı. «Aravot» qəzeti bu məsələdə Rusiyanın tutduğu mövqeyi belə dəyərləndirib: «Rusiya Ermənistan siyasi hakimiyyətinin qaranlıq sistemini ört-basdır etməkdə nə məqsəd güdür? Birinci, Rusiya bununla bildirmək istəyir ki, keçmiş və indiki erməni məmurlarla bağlı onun əlində kifayət qədər dosye var və itaət etməyəni xoş gələcək gözləmir. Rusiya bununla da Ermənistanın daxili siyasi proseslərini nəzarətdə saxlayır. Bu məsələdə Köçəryanın da adının keçdiyini nəzərə alsaq, görüntü belədir ki, Moskva Sərkisyana dəstək nümayiş etdirir. Bu addımın arxasında nə dayandığını zaman göstərəcək. İstisna deyil ki, Sərkisyan özü yardım üçün Kremlə müraciət edib. Bunun üçün isə Serj Sərkisyan ödəmə etməlidir. Bu ödəməni isə öz cibindən yox, ölkənin hesabından edəcək. Həmin hesab ölkənin xarici siyasəti ilə əlaqəli olan siyasi və iqtisadi vektorların diversifikasiyası ilə bağlı ola bilər. İkinci səbəb regional proseslərlə bağlıdır. Hazırda Cənubi Qafqazda aktiv hərbi-siyasi proseslər gedir. Ola bilsin ki, Kreml Ermənistanın loyallığını təminat altına almaq istəyir. Loyallıq müqabilində Sərkisyana hakimiyyət təminatı verilib».
ANAR




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info