Marqaret Tetçer vəfat edib
Tarix: 08.04.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer 87 yaşında vəfat edib.
M. Tetçer ürək xəstəliyindən əziyyət çəkirdi.
Baronessa Marqaret Tetçer Böyük Britaniyanın sayca 71-ci baş naziri olub. 1925-ci il oktyabrın 13-də Linkolnşir qraflığının Qrentem şəhərində dünyaya gələn Marqaret Tetçer Britaniya tarixində hökumətə rəhbərlik etmiş yeganə, Avropa tarixində isə ilk qadın baş nazir olub. “Dəmir ledi” ləqəbi ilə tanınan Marqaret Tetçer ixtisasca kimyaçı olub. Daha sonra hüquq təhsili alıb və 1959-cu ildə Britaniya parlamentinin üzvü seçilib. 45 yaşında Edvard Xit hökumətində təhsil və elm naziri postunu tutan Tetçer 1975-ci ildə Mühafizəkarlar Partiyasının rəhbəri postuna seçkilərdə qalib gəlib və parlament müxalifətinin başına keçib. Onun rəhbərliyi altında Mühafizəkarlar Partiyası 1979-cu il parlament seçkilərində qalib gəlib və Marqaret Tetçer baş nazir olub. Üç dəfə hökumətə rəhbərlik etmiş “dəmir ledi” 1990-cı ildə partiyadaxili rəqabətin qızışması səbəbilə postundan istefa verməli olub. Marqaret Tetçer həm də Lordlar Palatasının daimi üzvü olub.
Marqaret Tetçer 1992-ci ilin sentyabrında Bakıda səfərdə olub, o Azərbaycan hökuməti ilə “BP” və “Statoil” şirkətləri arasında “Çıraq” və “Şahdəniz” yataqlarında kəşfiyyat işlərinin aparılmasına dair sazişin imzalanmasında iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
12.08.2020
Misirdə ailələr arasında torpaq davası olub, azı 8 nəfər öldürülüb
12.08.2020
İndoneziyada yanğın, 382 ailә evsiz qalıb
12.08.2020
“ABŞ geri addım atmaq məcburiyyətində qaldı“
12.08.2020
İran Prezidenti ABŞ-a xəbərdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info