“Kontrabas” Kolomboda
Tarix: 08.04.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi 26 mart-4 aprel tarixlərində Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr ölkəmizi P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edib. Tamaşa Avstriya, Hindistan, Səudiyyə Ərəbistanı, Misir ölkələrindən festivala qatılmış teatr mütəxəssisləri və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb və bir-sıra mükafatlara layiq görülüb.
Yaradıcı heyətə rəhbərlik edən teatrın direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidov festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetdə keçirilmiş beynəlxalq konfransda “Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı - 140” və “Azərbaycan teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış edib.
Qeyd edək ki, “Kontrabas” tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
“İtirdiyim xoşbəxtlik” əsəri özbək dilində nəşr olunub
12.08.2020
Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət
12.08.2020
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb
12.08.2020
Dünya kitabxanaları ilə bağlı videoçarxlar hazırlanıb
10.08.2020
Abay Kunanbayev bütün türk xalqlarının həmişəyaşar yaradıcılıq abidəsi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info