Leyla Əliyeva: “Dövlətimizin taleyi gənclərin inkişafının keyfiyyətindən asılıdır”
Tarix: 08.04.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılış mərasimində iştirak edib.
Forumdan əvvəl Leyla xanım Əliyeva “JW Marriott Absheron” otelinin qarşısında səyyar kitabxananın rəmzi açılışını bildirən lenti kəsib. Leyla xanım Əliyeva “Gəzən kitabxana” ilə tanış olub. Bildirilib ki, bu layihə bir il davam edəcək və ölkəmizin 15 regionunu əhatə edəcək. On min kitab və beş min elektron nəşrin olduğu kitabxana səyyar fəaliyyət göstərəcək və kitabsevərlər nəşrləri pulsuz əldə edəcəklər. “Gəzən kitabxana”da yaradılmış xüsusi proqramda nəşrlərin elektron kataloqu yerləşdirilib. Kitabxanada üç dildə nəşrlər var və səkkiz bölmə fəaliyyət göstərir. Sonra Leyla xanım Əliyeva “Açıq rəf” layihəsi ilə tanış olub. Məlumat verilib ki, “Açıq rəf” - kitab rəfləridir və bunlar paytaxtımızın müxtəlif məkanlarında yerləşdiriləcək. Layihənin məqsədi ölkəmizə gələn əcnəbi turistlərin qeydiyyatdan keçmədən Azərbaycan ilə bağlı kitablara sahib olmalarını təmin etməkdir. Sonra forum öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Forumu açaraq belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva forumda çıxış edib. O, çıxışında bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın zəngin təbii ehtiyatlarını, habelə infrastrukturun qeyri-adi yüksəlişini və texniki inkişafı özündə birləşdirən regionlardan biridir. Leyla Əliyeva qeyd edib ki, coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini özündə ehtiva edir, həm də Qərbi Şərqə, Şərqi Qərbə təqdim etmək iqtidarındadır: “Elə problemlər var ki, onları qlobal səviyyədə həll etmək lazımdır. Lakin onların həlli üçün ümumi dəyərlər işlənib hazırlanmalıdır. Qlobal problemlərin müvəffəqiyyətlə həllinə dəstək göstərəcək münasibətlər modelini belə dəyərlər olmadan yaratmaq mümkün deyil. İnanıram ki, sərhədləri aşıb keçən məsələlərin həlli üçün əməkdaşlıq siyasəti lazımdır. Məhz belə siyasət müxtəlif region və mədəniyyətlərin maraqlarını müvafiq şəkildə nəzərə alıb milli iqtisadiyyatların inkişafını əlaqələndirə bilər. Hazırda inkişafda olan iqtisadiyyatların əksəriyyəti təbii ehtiyatların tükənən olduğunu nəzərə almır. Nəticədə gələcəkdə qlobal ekoloji fəlakət ehtimalı böyükdür. Məhz buna görə də ekoloji təhsil və maarifləndirmənin hələ orta və ali məktəb auditoriyalarından başlanması məsələsi hazırda kəskin şəkildə qarşıda durur.
Bu gün gənclər çox mühüm intellektual, mədəni və peşəkar potensialdır. Dövlətlərimizin taleyi onların həyatının və inkişafının keyfiyyətindən asılıdır”. Leyla Əliyeva çıxışında IDEA Beynəlxalq Kampaniyası haqqında da məlumat verib: “Məhz IDEA Kampaniyasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsi üzrə dərslər 2013-cü ilin sentyabrından Azərbaycan məktəblərinin tədris proqramına daxil ediləcək”. O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin də geniş şəkildə çoxsaylı humanitar və mədəni layihələr, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr həyata keçirdiyini xatırladıb. Sonra Forum işini “Qlobal gənclər layihəsi üçün media və ictimaiyyətlə əlaqələr” mövzusunda seminarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
12.08.2020
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi“ləri ilə tanış olub
12.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
12.08.2020
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
12.08.2020
Prezidentin köməkçisi: “Metsamor AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info