«Azərbaycan Avropaya vahid ailə kimi baxır»
Tarix: 09.04.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Əli Həsənov: «NATO və Avropa İttifaqı Cənubi Qafqazda regional təhlükəsizliyin təminatında öz potensialından daha çox istifadə etməlidir»

"Azərbaycan Avropaya vahid ailə kimi baxır və bu qitədən aldığından daha çox ona öz töhfəsini vermək istəyir". Bu fikirləri "New Europe" nəşrinə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib: "İqtisadiyyat bu töhfənin əsas istiqamətlərindən biridir və biz Avropa ölkələrinə aktiv şəkildə investisiya yatırırıq".

Nəşrdə qeyd olunur ki, Əli Həsənov bu sözləri Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş "The Buisness Year: Azerbaijan - 2013" xüsusi buraxılışının təqdimat mərasimində deyib. Xatırladaq ki, jurnal tərəfdaşları və oxucuları arasında keçirdiyi sorğunun nəticələri əsasında Azərbaycan Prezidenti İlham Əliyevi "İlin adamı" elan edib.
Əli Həsənov "New Europe"ya bildirib ki, Azərbaycan əvvəllər Avropadan sərmayə cəlb etməyə can atırdı: "İndi isə biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq və hazırda Avropanın enerji təminatında Azərbaycanın artan rolunu görürük".
Əli Həsənov tədbirdə çıxışı zamanı son 10 il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcminin 3 dəfə, sərmayələrin həcminin isə 10 dəfə artdığını vurğulayıb: "Azərbaycan ən stabil inkişaf edən ölkələrdən biridir. Dünya iqtisadiyyatında üç ildir ki, davam edən böhrana baxmayaraq, Azərbaycan öz iqtisadi inkişafını davam etdirib və onu daha cəlbedici səviyyəyə yüksəldib. Azərbaycan qeyri-nef sektorunun, xüsusilə İKT-nin inkişafına xüsusi önəm verir. Bu il Azərbaycan ilk süni peykini fəzaya çıxarıb".
Əli Həsənov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini xatırladaraq bildirib ki, ölkəmiz beynəlxalq arenada da aktiv rol oynamağa başlayıb.
Şöbə müdiri bəyan edib ki, Azərbaycan Avropa və beynəlxalq institutların diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışır: "Üç daha nüfuzlu institut var - Avropa İttifaqı, NATO və ATƏT. Əlbəttə, Avropa Şurasını da yaddan çıxarmaq olmaz, buna görə də biz Avropa Şurası ilə aktiv əməkdaşlıq edirik. Lakin təhlükəsizlik nöqteyi-nəzərindən ən nüfuzlu institutlardan biri NATO-dur. Avropa qitəsi ilə iqtisadi münasibətlərə gəldikdə isə, biz AB ilə əməkdaşlığın inkişafına tərəfdarıq. Təəssüf ki, bu iki təşkilat Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirak etmir. Onlar ərazi bütövlüyümüzü tanıyan bəyanatlar verir və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırırlar. Lakin biz hesab edirik ki, regional təhlükəsizliyin təminatında bu iki institutun potensialı daha böyükdür və onlar bu potensialdan istifadə etməlidirlər". Əli Həsənov AB və NATO-nu dondurulmuş münaqişələrin həlli istiqamətində daha mühüm addımlar atmağa çağırıb: "Düşünürəm ki, onlar Ermənistanı bu regionda sülhün bərqərar olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə dəvət edə bilərlər. Bu, əlbəttə ki, regionda sülhün bərqərar olmasına və AB ölkələrinə enerji resurslarının daha təhlükəsiz şəkildə nəqlinə təsir göstərmiş olacaq. Çünki təkcə Avropa qitəsində sülhün olması yetərli deyil, bunun üçün Cənubi Qafqazda da sülh bərqərar olmalıdır". "New Europe" məqalədə Bakıda keçirilmiş tədbirdə Azərbaycan rəsmilərinin çıxışlarına geniş yer verib.
ANAR




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib
08.08.2020
Erməni vandalizminin səbəbləri
08.08.2020
“Bu il sosial layihələrin həcmi rekord həddə çatıb“
08.08.2020
Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir
08.08.2020
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq - Xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info